• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən Firudin Qurbanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op ilə görüşüb.

Görüş zamanı Firudin Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildirib. Firudin Qurbanov son illər ölkədə təhsil sahəsində həyata keçirilən islahat və layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, Təhsil Nazirliyi ilə Koreya Respublikasının Təhsil və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında imzalanmış təhsil sahəsində əməkdaşlığa dair anlaşma memorandumundan sonra ümumi və ali təhsil sahəsində bir çox layihələr həyata keçirilib.

Firudin Qurbanov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 40-dək tələbənin Koreyanın müxtəlif universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində 12 ildir fəaliyyət göstərən Koreyaşünaslıq ixtisası üzrə 64 nəfərin məzun olduğunu qeyd edən Firudin Qurbanov tədrisin yerli müəllimlərlə yanaşı, koreyalı mütəxəssislər tərəfindən də aparıldığını, tələbələrin universitetdə keçirilən Bakı Koreya dili natiqlik müsabiqəsində aktiv iştirak etdiklərini vurğulayıb. BDU ilə Koreyanın ali təhsil müəssisələri arasında anlaşma memorandumlarının olduğunu xatırladan Firudin Qurbanov əlaqələri daha da inkişaf etdirməyin, birgə layihələrdə iştirakın vacibliyini diqqətə çatdırıb.  

Görüşdə həmçinin bildirilib ki, Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı ali təhsil müəssisəsi, elmi tədqiqatlara böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalayıb. BDU-unun yubileyi YUNESKO, İSESKO, o cümlədən bir sıra beynəlxalq universitetlərin assosiasiyaları tərəfindən də qeyd ediləcək.

Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op ikili diplom, Koreyaşünaslıq ixtisasında təhsil alan tələbələrin dərsliklər və təqaüdlə təmin olunması, Koreya dili və mədəniyyətini təbliğ edən, Qafqaz regionunda ilk dəfə BDU-nun nəzdində açılan Kral Seconq İnstitutunun fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Səfir həmçinin, BDU ilə Koreya universitetləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsində maraqlı olduqlarını bildirib.


5 il əvvəl