• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"CanSat Azərbaycan 2019" müsabiqəsi elan edilib

Təhsil Nazirliyi“Azərkosmos” ASC tərəfindən “CanSat Azərbaycan 2019” milli tələbə model peyk müsabiqəsi elan edilib.

“CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqənin keçirilməsi tələbələrin radiotexnika, mexanika, elektronika sahələri üzrə baza biliklərinin inkişafına, onlara kosmik sənayeyə asan çıxış imkanının verilməsinə xidmət edir.

Müsabiqədə elektronika, mexanika, proqramlaşdırma və kommunikasiya üzrə bilik və bacarıqlara malik, bakalavr və ya magistr pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər. Müsabiqədə qeydiyyatdan keçən komandalar bir tələbənin komanda kapitanı seçilməsi şərti ilə minimum 3, maksimum isə 6 nəfərdən ibarət ola bilər. Komanda üzvləri eyni təhsil müəssəsində təhsil almalıdır.

Müsabiqədə iştirak etmək istəyən tələbələr http://cansat.az/registration keçidi vasitə ilə dekabrın 28-dək qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə uğurla çıxış edən tələbələr “Azərkosmos” ASC-də təşkil olunan təcrübə proqramında iştirak etmək, dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər Qaliblərə beynəlxalq “CanSat” müsabiqəsində iştirak edəcəkləri təqdirdə “Azərkosmos” tərəfindən texniki dəstək də göstəriləcək.

Müsabiqə haqqında daha ətraflı məlumatı http://cansat.az/ saytından əldə ermək mümkündür.


5 il əvvəl