• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Kənd təsərrüfatında logistika” ixtisası üzrə yeni kurikulum

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Kənd təsərrüfatında logistika” ixtisası üzrə yeni kurikulumun hazırlanmasına dair işçi qrupun ilk görüşü keçirilib.

“Cənubi Qafqazda özəl sektorun inkişafı və peşə təhsili və təlimi proqramı” çərçivəsində keçirilən tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Gilan Holdinq”,  Alman-Azərbaycan Ticarət Palatası, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Təlim-Tədris Mərkəzi və “Şəmkir Aqropark” MMC-nin nümayəndələri, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) yerli və beynəlxalq ekspertləri iştirak edib.

Görüşdə kənd təsərrüfatı sahəsində logistika və saxlama kameraları üzrə yeni kurikulumun hazırlanması, peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə işəgötürənlərin kurikulumların hazırlanmasına cəlb olunması, beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərin keçirilməsi və digər məsələlərə dair razılıq əldə edilib.

Qeyd edək ki, “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi Proqramı” GİZ tərəfindən icra olunur.  


5 il əvvəl