• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri elan olunub

7-8 aprel 2018-ci il tarixlərində keçirilən fənn olimpiadalarının respublika mərhəsinin yarımfinal turunun nəticələri www.olimpiada.edu.az saytında elan olunub.

“Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları”na əsasən, olimpiadaların respublika mərhəsinin final turuna müvafiq fənn və sinif üzrə ən yaxşı nəticə göstərən 20 şagird və siyahı üzrə 20-ci şəxslə eyni bal toplayan məktəblilər dəvət olunurlar.

Respublika fənn olimpiadalarının final turunda iştirak hüququ qazanan şagirdlərin 23-27 aprel 2018-ci il tarixlərində www.olimpiada.edu.az saytında qeydiyyatdan keçmələləri xahiş olunur.

Respublika fənn olimpiadalarının final turu 4-6 may 2018-ci il tarixlərində Bakı şəhərində keçiriləcək.

Qeyd edək ki, Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.


6 il əvvəl