“SABAH” tələbələrinin ifasında tamaşa
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu IV kurs tələbələrinin M.F.Axundovun “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyası əsasında hazırladıqları bir hissəli tamaşa nümayiş olunub.
Əməkdar artist Nofəl Vəliyevin rejissoru olduğu tamaşada tələbələrdən Xədicə Məmmədova (Şəhrəbanu xanım), Orxan İsgəndərli (Hatəmxan ağa), Anaxanım Sultanova (Gülçöhrə), Corc Qafarov (Şahbaz bəy), Könül Ələkbərova (Xanpəri), Məhəmməd Musayev (Müsyo Jordan), Hilal Dəmirov (Dərviş Məstəli şah), Hüseynağa Aslanov (Qulaməli) və Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi Qönçə Vəliyeva (Şərəfnisə xanım) rolunda çıxış ediblər.
Yaradıcı heyətin böyük ruh yüksəkliyi, tələbələrin obrazları peşəkar şəkildə canlandırmaları, aydın səhnə danışığı, eləcə də dinamika, geyimlər, dekorasiyanın bir-birini tamamlaması tamaşaçıların alqışları ilə qarşılanıb.
Tamaşanın hazırlanmasında universitetin SABAH Mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyovanın, səhnə danışığı üzrə Nadir Hüseynovun və plastik həll üzrə rejissor Ruslan İsmayılovun böyük əməyi olub.
6 il əvvəl
Digər xəbərlər
-
Tələbələr arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti
08.05.2024 - 15:50 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə!
08.05.2024 - 14:58 -
Bakıda PISA üzrə II ISESCO Nazirlər Konfransı keçiriləcək
08.05.2024 - 11:17 -
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə!
08.05.2024 - 10:09 -
Dünyaşöhrətli alim “Yeni çağırışlar”da
07.05.2024 - 16:54