TOPs layihəsi çərçivəsində “Açıq dərs”
“TOPs – fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılması” layihəsi çərçivəsində Bakı şəhəri 220 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdləri üçün “Açıq dərs” keçirilib.
“Çeviklik qabiliyyətinin inkişaf etdirilməsi” mövzusunda təşkil olunan “Açıq dərs”in məqsədi TOPs metodikasının inkluziv sinifdə tətbiqi, bu təcrübənin digər məktəblərdən olan fiziki tərbiyə müəllimlərinə nümayiş etdirilməsi olub.
Tədbirdə tərəfdaş təşkilatların nümayəndələri, TOPs proqramı tətbiq edilən məktəblərin fiziki tərbiyə müəllimləri, valideynlər ilə yanaşı ölkəmizdə səfərdə olan “British Council” təşkilatının Təhsil və cəmiyyət məsələləri üzrə regional direktoru Riçard Everit də iştirak edib. “Açıq dərs”dən sonra R.Everitin layihə iştirakçıları, məktəb rəhbərliyi, fiziki tərbiyə müəllimləri ilə görüşü keçirilib, qonağa ümumi təhsil müəssisələrində proqramın tətbiqi, bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.
Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “British Council” və “İnkişaf naminə idman” ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilən TOPs layihəsinin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Cari tədris ilində TOPs proqramına əlavə olaraq Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonlarından 78 ümumtəhsil məktəbi qoşulub və layihə üzrə məktəblərin ümumi sayı 150-yə çatdırılıb.
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55