• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“ICMSEM 2016” beynəlxalq konfransının açılış mərasimi keçirilib

Avqustun 31-də “ICMSEM 2016” 10-cu beynəlxalq konfransın açılış mərasimi keçirilib.

İkigünlük “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) konfransına dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə nümayəndələr qatılıb.

Tədbir iştirakçılarını salamlayan akademik Asəf Hacıyev konfransın işinə uğurlar arzulayıb.

Konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti Akif Əlizadə, Beynəlxalq İdarəetmə Elmi və Mühəndislik İdarəetməsi Cəmiyyətinin prezidenti Jupinq Xu, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək, cəmiyyətin inkişafında elmin və təhsilin mühüm rolundan danışıb, müvafiq mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,  Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir.

Azərbaycan alimlərinin konfransa təqdim olunan məqalələri nüfuzlu “Springer” məlumat bazasına yerləşdirilib və dərc edilib. 

Qeyd edək ki, “ICMSEM 2016” beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il MDB məkanında ilk dəfə olaraq, konfransa Azərbaycan ev sahibliyi edir.

Sentyabrın 1-də konfrans öz işini davam etdirəcək.


7 il əvvəl