Jurnalistlər üçün təlimə başlanılır
Təhsil Nazirliyinin təşkilatçılığı ilə 14-16 aprel 2016-cı il tarixlərində nazirliklə əməkdaşlıq edən bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçiriləcək.
Təlim kursunun əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.
Üçgünlük təlim “Jumeirah Bilgah Beac” otelində keçiriləcək.
Təlimdə iştirak etmək istəyən media nümayəndələrindən 10 aprel 2016-cı il tarixinə qədər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
https://docs.google.com/forms/d/1eIsWmCkxfEEDVu7E0QZWeA4UGjHZWJgdNzkGcSSdG8Q/edit
Yerlər məhdud sayda olduğu üçün qeydiyyatdan ilk keçmiş media nümayəndələri təlimdə iştirak hüququ qazanacaqlar.
8 il əvvəl
Digər xəbərlər
-
Tələbələr arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti
08.05.2024 - 15:50 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə!
08.05.2024 - 14:58 -
Bakıda PISA üzrə II ISESCO Nazirlər Konfransı keçiriləcək
08.05.2024 - 11:17 -
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə!
08.05.2024 - 10:09 -
Dünyaşöhrətli alim “Yeni çağırışlar”da
07.05.2024 - 16:54