Təsviri Sənət Qalereyasında növbəti “Açıq Qapı” günü
Martın 22-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında uşaq və gənclər üçün növbəti “Açıq qapı” günü keçirilib.
Burada artıq ənənəyə çevrilmiş “Açıq qapı” günlərinin keçirilməsi uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili, incəsənətə, təsviri və dekorativ yaradıcılığa marağın artırılması, mövcud olan bacarıqların inkişaf etdirilməsi, istedadlı uşaqların üzə çıxarılması və qeyri-adi texnikalardan istifadə olunan uşaq rəsmləri ilə tanışlıq məqsədi daşıyır.
Qalereyanın bayrama uyğun tərtibati, bütün sərgi zallarında nümayiş etdirilən rəsm və əl işləri, qədim İçərişəhərin "Qoşa qala" qapılarını əks etdirən panno xüsusi diqqətə səbəb olub, Novruz adət-ənənələrinin, atributlarının qalereyanın sərgi zallarında yer alması hər kəsin zövqünü oxşayıb və bayram əhvali-ruhiyyəsi bəxş edib.
Dərnək rəhbərlərinin Novruz mövzusunda ustad dərsləri də uşaq və valideynlər tərəfindən böyük maraqla qarşılanıb, ebru sənəti, kağızdan müxtəlif aplikasiyalar, muncuq və toxumlardan ibarət bəzəkli rəsmlər, kompüterdə qrafik təsvirlər qalereyaya gələn qonaqlarla birgə işlənilib.
Qonaqlar, həmçinin qalereyada uşaq və gənclərin “Gəl, Novruzum!” adlı müxtəlif texnika və janrlarda işləmiş 200 yaxın rəsm və əl işlərindən ibarət əsərləri ilə tanış olublar.
8 il əvvəl
Digər xəbərlər
-
Prezident İlham Əliyev Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib
19.09.2024 - 16:10 -
Prezident İlham Əliyev Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib
19.09.2024 - 15:50 -
Biləsuvar rayonu Bəydili kənd tam orta məktəbinin açılışı olub
18.09.2024 - 17:49 -
I sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib
18.09.2024 - 12:27 -
Vətəndaş müraciətlərinin statistikası
17.09.2024 - 10:41