Bədii gimnastika üzrə “Təhsil” Respublika İdman Mərkəzinin “Təhsil Kuboku” na start verilib
15 mart 2016-cı il tarixində İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində Bədii gimnastika üzrə “Təhsil” Respublika İdman Mərkəzinin “Təhsil Kuboku” na start verilib.
Yarışın açılış mərasimində “Təhsil” Respublika İdman Mərkəzinin, Gimnastika məktəbinin və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Yarışda idman məktəblərinin, idman cəmiyyətlərinin və idman klublarının idmançıları iştirak edir. Ümumilikdə yarışda 100-dən çox idmançı mübarizə aparır.
Yarışlara Azərbaycan Gimnastika Federasiyasının təsnifat proqramında təsdiq edilmiş bədii gimnastikanın yaş qrupları üzrə bütün növləri daxil edilmişdir.
Yarışlarda I, II, III yerləri tutan idmançılar mərkəzin diplom və medalları ilə təltif olunacaqlar.
8 il əvvəl
Digər xəbərlər
-
Tələbələr arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti
08.05.2024 - 15:50 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə!
08.05.2024 - 14:58 -
Bakıda PISA üzrə II ISESCO Nazirlər Konfransı keçiriləcək
08.05.2024 - 11:17 -
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə!
08.05.2024 - 10:09 -
Dünyaşöhrətli alim “Yeni çağırışlar”da
07.05.2024 - 16:54