“Mənim rəngli dünyam” adlı fərdi rəsm sərgisi
Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Rəsm” dərnəyinin 10 yaşlı üzvü Nərgiz Səfərlinin “Mənim rəngli dünyam” adlı fərdi rəsm sərgisi keçirilib.
“Abşeron” Rəsm Qalereyasında keçirilən sərgidə Təhsil Nazirliyinin əməkdaşları, mərkəzin rəhbərliyi və dərnək üzvləri iştirak ediblər.
Sərgidə təbiətdən bəhs edən rəsmlər, milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət 50 rəsm işi nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib.
Tədbirdə çıxış edən qonaqlar gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar. Ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açan natiqlər belə sərgilərin uşaqların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Mərkəzin adından gənc rəssama Fəxri Fərman və hədiyyə təqdim edilib. Tədbirin bədii hissəsində mərkəzin “Çiçəyim” uşaq teatr studiyasının və “Mahnı teatrı” dərnəyinin üzvləri çıxış ediblər.
Sərgi üç gün davam edəcək.
8 il əvvəl
Digər xəbərlər
-
Elm və Təhsil Nazirliyi ilə “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyi arasında görüş keçirilib
01.05.2024 - 18:00 -
Elm və təhsil işçilərinə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı təqdim edilib
01.05.2024 - 11:03 -
2024–2025-ci tədris ili üzrə I siniflərə qəbul başlayır
01.05.2024 - 10:00 -
Elm və təhsil nazirinin müavini Ankara şəhərinə səfər edib
01.05.2024 - 09:30 -
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
30.04.2024 - 16:53