• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Londonda Qanlı Yanvar faciəsi ehtiramla yad edilib

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirdə Londonda səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, səfirliyin əməkdaşları, Britaniyanın və Azərbaycanın ictimai-siyasi xadimləri, elm və incəsənət adamları, ictimaiyyət və diaspor nümayəndələri, bu ölkədə təhsil alan və yaşayan həmvətənlərimiz iştirak ediblər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra 20 Yanvar hadisəsi ilə bağlı sənədli film nümayiş etdirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə bildirib ki, 26 il öncə Azərbaycan xalqının həyatında kədərli bir gün yaşandı. Bu gün kədərli idi, çünki onlarla həmvətənimizin həyatına vəhşicəsinə son qoyuldu. Lakin bu kədər günü, eyni zamanda, Azərbaycan xalqının müstəqilliyə gedən yolunda bir qığılcım oldu. 20 Yanvar faciəsi haqqında məlumat verən səfir bildirdi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Lakin bu hadisə xalqımızın iradəsini qıra bilmədi və bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndi. 26 il bundan əvvəl bu qanlı hadisənin qurbanı olan şəhidlər xalqımızın yaddaşında və qəlbində əbədi yaşayacaqlar.

Tədbirdə digər çıxış edənlər də xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş 20 Yanvarın həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğunu qeyd ediblər.

 

AZƏRTAC


8 il əvvəl