İyulun 31-də təhsil naziri Mikayıl Cabbarov Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda 45 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
9 il əvvəl
Digər xəbərlər
-
I sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib
18.09.2024 - 12:27 -
Vətəndaş müraciətlərinin statistikası
17.09.2024 - 10:41 -
Bölgələrdə yeni tədris ilinin yenilənən məktəbləri
16.09.2024 - 18:36 -
Nazirliyin rəsmiləri paytaxt məktəblərindəki ilk dərs günündə
16.09.2024 - 17:01 -
Nazir müavini Firudin Qurbanov Xaçmazda məktəb açılışlarında
16.09.2024 - 16:30