Vətəndaş müraciətlərinin statistikası
Yanvarın 1-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 39 960 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 26 993-ü çağrı mərkəzləri, 555-i sosial media, 3 776-sı "WhatsApp" vasitəsilə olduğu halda, 1 562-si elektron, 2 029-u isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 5 045 müraciət qeydə alınıb. Müraciətlər əlavə təhsil, eksternat imtahan, təhsil haqqı və güzəşt, müəllimlərin yerdəyişməsi və digər məsələlərlə bağlı olub.
04/02/2025 12:44
Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 21 fevral tarixində Abşeron rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Abşeron, Sumqayıt, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 13 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
03/02/2025 11:23
Elm və təhsil naziri Zərdabda vətəndaşları qəbul edib
Yanvarın 31-də elm və təhsil naziri Emin Əmrullayev Zərdab şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay və Kürdəmir sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
31/01/2025 17:00
Apellyasiya Şurasının iclası keçirilib
Yanvarın 30-da elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib. İclasda Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq əlaqələr sektorunun böyük məsləhətçisi vəzifəsinə namizəd Günay Cəfərzadənin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Aysel Səmədzadənin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun baş məsləhətçisi vəzifəsinə namizəd German Xancanovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb. İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb, 2 şikayətin təmin edilməsi və 1 şikayətin təmin edilməməsi barədə qərarlar qəbul olunub. Eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Vüqar Səfərbəyov və Gülər Vəlmuradova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun baş məsləhətçisi vəzifəsinə namizəd Nuranə Zülfüqarova ərizələrinin baxılmamış saxlanılması ilə bağlı Apellyasiya Şurasına müraciət edib və qeyd olunan müraciətlər üzrə icraata xitam verilib.
30/01/2025 17:40
Elm və təhsil naziri Qvineya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Yanvarın 30-da elm və təhsil naziri Emin Əmrullayev Qvineya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kande ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
30/01/2025 14:21
İlk dəfə 2 universitetimiz "Şanxay reytinqi"ndə TOP 500-də yer alıb
Dünyanın ən nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi” (Shanghai Ranking) tərəfindən “Akademik Fənlərin Qlobal Reytinqi” dərc olunub. Azərbaycan ilk dəfə sözügedən reytinqdə riyaziyyat fənni üzrə 2 universitetlə təmsil olunur. Belə ki, Bakı Dövlət Universiteti reytinqdə 401-500-cü, Azərbaycan Universiteti isə 301-400-cü pillələr arasında yer alıb. Azərbaycan bu reytinqdə riyaziyyat fənni üzrə Cənubi Qafqaz regionunu təmsil edən yeganə ölkədir. Qeyd edək ki, “Akademik Fənlərin Qlobal Reytinqi”ndə təbiət elmləri, mühəndislik, həyat elmləri, tibb elmləri və sosial elmlər daxil olmaqla 5 geniş sahə və 55 fənn üzrə dünyanın 96 ölkəsindən 1900-dən çox universitet yer alır. Bu reytinq müvafiq fənlər üzrə dünya universitetlərinin fəaliyyətini 5 kateqoriyaya (dünya səviyyəli akademik heyət, dünya səviyyəli elmi göstəricilər, yüksək keyfiyyətli tədqiqat, tədqiqat təsiri və beynəlxalq əməkdaşlıq) əsasən qiymətləndirir.
30/01/2025 10:16
Nazir müavini Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclasında iştirak edib
23-24 yanvar tarixlərində Azərbaycan nümayəndə heyətinin tərkibində Pakistana səfər edən elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclasında iştirak edib. İclasda çıxış edən Həsən Həsənli iki ölkə arasında elm və təhsil sahəsi üzrə əməkdaşlığın cari vəziyyəti, Azərbaycanda təhsil alan 1300-dən çox pakistanlı tələbə, əcnəbi tələbələr üçün təhsil alma imkanları, o cümlədən elmi və ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi bir sıra mühüm məsələlərə toxunub. Qeyd edək ki, sözügedən iclas zamanı siyasi, sosial, iqtisadi və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb, iclasın yekununa dair protokolda iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlər öz əksini tapıb. Həmçinin səfər çərçivəsində Pakistan İslam Respublikasının prezidenti Asif Əli Zərdari və Baş naziri Mian Məhəmməd Şahbaz Şərif Azərbaycan nümayəndə heyətini qəbul edib.
24/01/2025 21:00
“İnsan kapitalı və təhsil” üzrə İşçi qrupunda 2024-cü ilin yekunları müzakirə olunub
"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə 2024-cü ildə görülən işlər Elm və Təhsil Nazirliyində müzakirə edilib. Strategiyanın “İnsan kapitalı və təhsil üzrə" İşçi qrupunun sədri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə ötən il təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib. Bildirib ki, sənəddə nəzərdə tutulan hədəflər çərçivəsində icraçı qurumların hər biri aidiyyəti sahə üzrə müvafiq tədbirləri həyata keçirib. Nazir müavini çıxışında son illərdə dövlət büdcəsindən təhsilə ayrılan xərclərin əhəmiyyətli şəkildə artırılmasını, o cümlədən ümumi, ali, orta ixtisas, peşə təhsili və elm sahələrində Strategiyanın müvafiq məqsədinə daxil olan hədəflər çərçivəsində görülmüş işlər barədə ətraflı məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri, İşçi qrupunun sədr müavini Günay Quliyeva Strategiyanın 2024-cü il üzrə nəzərdə tutulan hədəflərinin icrasına dair monitorinq və qiymətləndirmə hesabatını təqdim edib. Hesabatın təqdimatından sonra İşçi qrupunun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, eləcə də icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən "İnsan kapitalı və təhsil" İşçi qrupu “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılıb.
24/01/2025 15:37
Elm və təhsil nazirinin Zərdabdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Elm və təhsil naziri Emin Əmrullayevin 24 yanvar 2025-ci il tarixində Zərdab şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu yanvarın 31-də keçiriləcək. Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
23/01/2025 10:50
Elm və təhsil naziri Suraxanı rayonunun məktəb direktorları ilə görüşüb
Yanvarın 22-də elm və təhsil naziri Emin Əmrullayev Suraxanı rayonunun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib. Görüşdə ümumi təhsil sahəsində həyata keçirilən islahatlar, əldə olunan uğurlar və yaxın gələcək üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub. Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil sahəsindəki islahatların müntəzəm olaraq davam etdirildiyini vurğulayıb, eyni zamanda ümumi təhsil müəssisələrinin idarəolunmasında məktəb rəhbərlərinin rolunun və məsuliyyətinin əhəmiyyətini diqqətə çatdırıb. Tədrisin keyfiyyətinin yüksəldilməsi məsələsinə toxunan nazir ümumi təhsil müəssisələrinin nəticələrinin təhlil edilməsinin və təhsil işçilərinin müasir çağırışlar qarşısında daha çevik, innovativ yanaşmalar sərgiləməsinin vacibliyini qeyd edib. Görüşdə nazir məktəb və müəllim nüfuzunun artırılmasının önəminə diqqət çəkib, məktəb direktorları və müəllimlərin cəmiyyətdə daha yüksək statusa malik olmasının mühümlüyünü nəzərə çatdırıb. Emin Əmrullayev məktəblərdə neqativ halların qarşısının alınması və daha sağlam təhsil mühitinin yaradılmasının zəruriliyini bildirərək bu istiqamətdə məktəb rəhbərlərinə müvafiq tövsiyələrini verib. Nazir məktəb-icma və müəllim-şagird-valideyn münasibətlərinin gücləndirilməsinin təhsil prosesinin keyfiyyətinə müsbət təsir edəcəyini vurğulayıb. Daha sonra nazir təhsil müəssisələrində psixoloji xidmət işinin inkişaf etdirilməsi, elektron xidmətlərin daha geniş tətbiqi, təlim nəticələrinin təhlili və bu istiqamətdə planların hazırlanmasının əhəmiyyətini diqqətə çatdırıb. Görüş çərçivəsində məktəb direktorları müxtəlif təkliflərlə çıxış ediblər, təhsilin inkişafı və məktəblərin idarə edilməsindəki mövcud problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda ümumi təhsil müəssisələri rəhbərlərinin sualları cavablandırılıb.
22/01/2025 21:19
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
ƏtraflıBu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May
ƏtraflıBu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı