Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İntellektual oyun üzrə regional məktəb çempionatı

Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assosiasiyasının dəstəyi ilə məktəblilər arasında “Nəsimi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2019-cu ilin regional məktəb çempionatı  keçirilib. Çempionat respublikanın bütün rayonlarını əhatə etməklə 11 regionda - Bakı, Gəncə, Sumqayıt, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Quba, Zaqatala, Göyçay rayonlarında təşkil olunub. Bakı regionu üzrə təşkil olunan çempionatda 57 ümumtəhsil məktəbi, ümumilikdə 61 komanda mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən yarışın qalibi Bakı Avropa Liseyinin komandası olub. Regionlar üzrə çempionatın qalibləri Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəb, Gəncə şəhəri 18 nömrəli tam orta məktəb, eləcə də Mingəçevir, İsmayıllı, Lənkəran, İmişli, Balakən, Şirvan, Qazax və  Quba rayonlarının komandaları layiq görülüb. Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdən ibarətdir. Çempionatın təşkilində Təhsil Nazirliyinin "BİR" Tələbə Könüllü proqramının üzvləri fəal iştirak ediblər. Qaliblər Təhsil Nazirliyinin kubok və medalları ilə təltif olunub.

“Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir

Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib. “Sərhəd” hərbi-idman oyunları Təhsil NazirliyiDövlət Sərhəd XidmətiGənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq respublikamızın sərhəd zonasında yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında təşkil edilir. Oyunların keçirilməsində əsas məqsəd gənc nəsli Vətənə hörmət ruhunda tərbiyə etmək, yaradıcı düşünən sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır. Oyunların nəticələrinə əsasən, I yeri Beyləqan rayonu Araz qəsəbəsi tam orta məktəbin “Araz” komandası, II yeri Siyəzən rayonu 1 nömrəli tam orta məktəbin “Sərhədçi” komandası, III yeri isə Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin “Ləkin” komandası tutub. Qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.

Respublika fənn olimpiadalarının nəticələri məlumdur

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə  274 nəfər qalib elan olunub. Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimpiada.edu.az saytından əldə etmək mümkündür. Olimpiada qaliblərinin mükafatlandırılma mərasimi iyunun sonlarında keçiriləcək. Qeyd edək ki, mayın 5-də ADA Universitetində informatika, 25-də isə Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.   Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadasları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.   Respublika fənn olimpiadalarının nəticələri : Azərbaycan dili Biologiya Coğrafiya Fizika İnformatika Kimya Riyaziyyat Tarix

Təhsil naziri İnteqrasiya təlimli internat tipli gimnaziyada olub

Təhsil naziri Ceyhun Bayramov Tovuz rayonunda yerləşən Qovlar şəhər İnteqrasiya təlimli internat tipli  gimnaziyada olub. Təhsil müəssisəsində şagirdlərin tədris və yaşayış şəraiti ilə tanış olan nazir sinif otaqlarını gəzib, uşaqlarla söhbət edib və onların təhsili ilə maraqlanıb. Bildirilib ki, gimnaziya aztəminatlı, çətin həyat şəraitində olan və zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqlarının təlim-tərbiyəsinin təşkili üzrə yaradılmış təhsil müəssisəsidir. Təhsil müəssisəsi 1961-ci ildən fəaliyyət göstərir. Hazırda gimnaziyada 779 şagird təlim-tərbiyə alır və onlardan 102 nəfəri  müəssisədə gecələyir. Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 148 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Qeyd edilib ki, təhsil müəssisəsi 2016-2018-ci illərdə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilib. Son beş il ərzində gimnaziyanın məzunlarından 53 nəfər ali, 15 nəfər isə  orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.  Sonda müəllim və şagird kollektivi ilə birgə xatirə fotosu çəkilib.

Media nümayəndələri üçün təlim

30-31 may 2019-cu il tarixlərində Təhsil Nazirliyi bu qurumla əməkdaşlıq edən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçirəcək. Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması,  media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. Təlimlərdə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri tərəfindən təhsilin ayrı-ayrı sahələri üzrə təqdimatlar ediləcək və fikir mübadiləsi aparılacaqdır. 30-dək media nümayəndəsinin iştirak edəcəyi təlim ”Dreamland Golf Club”da keçiriləcək.

“Məktəbimizdə” – fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Lənkəran rayonu Qadir Zeynalov adına Darquba kənd tam orta məktəbdən çəkilib.  Məktəb 1962-ci ildən fəaliyyət göstərir. 2015-ci ildə məktəbin yeni binası şagirdlərin istifadəsinə verilib.  Rubrikanın məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.  

Salyan, Neftçala və Biləsuvar təhsil işçiləri ilə görüş

Mayın 25-də Salyan rayonundakı Heydər Əliyev Mərkəzində Salyan, Neftçala və Biləsuvar rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.   Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər.    Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, aparılan islahatlardan danışıb. Nazir müavini ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələrə toxunub, müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması kimi məsələlərin diqqətdə saxlanılmasının zəruriliyini nəzərə çatdırıb. Məktəbəqədər hazırlıq qruplarının əhəmiyyətindən söz açan nazir müavini qeyd edib ki, tam orta təhsilin təmayülləşməsi zamanı şagirdlərin yaradıcılıq qabiliyyəti aşağı siniflərdən müəyyən edilməli, onların maraq və bacarıqları nəzərə alınmalıdır. Məhəbbət Vəliyeva təhsil müəssisələrinin pedaqoji əməkdaşlığının vacib olduğunu deyib, həmçinin məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr verib. Daha sonra Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatlarla çıxış ediblər. Sonda təhsil işçilərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.  Hesabat tədbirindən sonra Salyan rayonundakı Sarvan kənd tam orta məktəbinin  əsaslı təmirindən sonra açılış mərasimi keçirilib. Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, ictimaiyyət nümayəndələri, şagirdlər və pedaqoji heyət iştirak edib. Məktəbin direktoru Müstəcəb Səmədov qonaqları təhsil müəssisəsi ilə tanış edib.

Respublika Fənn Olimpiadalarının final turu keçirilib

Mayın 25-də Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib. Olimpiada Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, biologiya, kimya, fizika və riyaziyyat fənləri üzrə təşkil olunub. Final turuna yarımfinal mərhəsində yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla qatılıb. Hər iki yaş qrupu üzrə ümumilikdə 533  şagird yekun mərhələdə iştirak edib. 9-cu və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-cu və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışıblar. Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

Təhsil naziri Ağstafa şəhərində vətəndaşları qəbul edib

Mayın 24-də Təhsil naziri Ceyhun Bayramov Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində Ağstafa və Qazax rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.               Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması və digər bu kimi məsələlərlə bağlı olub. Həmin gün Təhsil nazirinin müavini Firudin Qurbanov da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir və Gədəbəy rayon sakinlərini, bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib. Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib. Bir sıra müraciətlərlə bağlı konkret tapşırıqlar verilib.

Cəlilabad, Masallı və Yardımlı təhsil işçiləri ilə görüş

Mayın 24-də Masallı rayonundakı Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı və Yardımlı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair zona müşavirəsi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, adıçəkilən rayonların təhsil şöbələrinin müdirləri, təhsil işçiləri, KİV nümayəndələri və digər şəxslər iştirak edib. Öncə iştirakçılar Masallı rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar. Tədbir Dövlət himninin təhsil işçiləri tərəfindən canlı ifası ilə başlayıb. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva himnimizin canlı ifasını yüksək qiymətləndirib. Nazir müavini bugünkü Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin ideyaları ilə respublikamızın dinamik inkişaf yolunda olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində mühüm islahatların aparıldığı qeyd edib. Respublikamızın inkişafına təkan verən əsas sahələrdən birinin təhsil olduğunu diqqətə çatdıran Məhəbbət Vəliyeva təhsil işçilərinin çətin, eyni zamanda məsuliyyətli və şərəfli iş yerinə yetirdiklərini bildirib. Ümumi təhsil pilləsinin əhəmiyyətindən söz açan nazir müavini şagirdlərin düzgün istiqamətdə formalaşması, onlarda həyat üçün vacib olan keyfiyyətlərin aşılanmasının məhz bu pillədən başlandığını da deyib. Müşavirədə Məhəbbət Vəliyeva təqdim etdikləri hesabata əsasən, zəif qiymətləndirilən məktəblərin, eyni zamanda müəllimlərin fəaliyyətlərinin izlənilməsini, nəticələrin geniş şəkildə təhlil olunmasını tövsiyə edib. Daha sonra Cəlilabad, Masallı və Yardımlı rayon təhsil şöbələri müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib. Sonra müzakirələr aparılıb, bir sıra təkliflər dinlənilib.

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı