Respublika Fənn Olimpiadalarının final turu keçirilib
Mayın 25-də Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.
Olimpiada Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, biologiya, kimya, fizika və riyaziyyat fənləri üzrə təşkil olunub.
Final turuna yarımfinal mərhəsində yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla qatılıb. Hər iki yaş qrupu üzrə ümumilikdə 533 şagird yekun mərhələdə iştirak edib. 9-cu və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-cu və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışıblar.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.
7 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
13.06.2026 - 10:00 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00
