Peşə təhsili müəssisələrinə sənəd qəbulunun son günü
Avqustun 20-də 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu başa çatır. Bu gün saat 14:00-dək olan məlumata görə, artıq 10 768 nəfərin müraciəti qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, aqroservis mütəxəssisi, heyvandarlıq mütəxəssisi və kompüter operatoru ixtisaslarına üstünlük veriblər. Peşə təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərində təşkil edilir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılıb. Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır. Nəticələrin avqustun 21-də elan olunması nəzərdə tutulub.
20/08/2019 15:24
Media nümayəndələri müsahibə mərhələsini izləyib
Avqustun 20-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləmək üçün Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib. Mediatur iştirakçılarına bildirilib ki, bu gün Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif və rus dili müəllimi olmaq istəyən 750 namizədin müsahibə mərhələsində iştirakı gözlənilir. Avqustun 23-dək davam edəcək müsahibə mərhələsində vakant yer tutmuş 3 728 nəfərin iştirakı nəzərdə tutulub. Bildirilib ki, müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim edirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir. Mediatur iştirakçılarının diqqətinə çatdırılıb ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib. Ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer müsabiqəyə çıxarılıb. Musiqi, təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42, fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı isə 42 müəyyən edilib. Digər fənlər üzrə isə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 48 müəyyən edilib. Qeyd edilib ki, müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilib. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Mediatur zamanı jurnalistləri maraqlandıran digər suallar cavablandırılıb.
20/08/2019 14:50
Sənəd qəbulunun başa çatmasına bir gün qalır
Avqustun 20-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatır. Cari tədris ilindən fəaliyyətə başlayacaq təhsil müəssisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb dizayner və proqram təminatçısı və avtomatika üzrə usta adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür. Qeyd olunan təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz edilib. Koreyalı ekspertlər və özəl sektor nümayəndələrinin iştirakı ilə tədris prosesi üçün nəzərdə tutulan kurikulumlar hazırlanıb.
19/08/2019 14:53
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
Avqustun 20-də 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu başa çatır. Bu gün saat 12:00-dək olan məlumata görə, artıq 9 272 nəfərin müraciəti qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, aqroservis mütəxəssisi, heyvandarlıq mütəxəssisi və kompüter operatoru ixtisaslarına üstünlük veriblər. Peşə təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərində təşkil edilir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılıb. Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır. Avqustun 21-də nəticələrin elan olunması nəzərdə tutulub.
19/08/2019 13:07
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb
Avqustun 19-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib. Bu gün Azərbaycan dili, informatika və ingilis dili müəllimi olmaq istəyən 800 namizədin müsahibə mərhələsində iştirakı gözlənilir. Avqustun 23-dək davam edəcək müsahibə mərhələsində vakant yer tutmuş 3 728 nəfərin iştirakı nəzərdə tutulub. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir. Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.
19/08/2019 09:37
Təmayülləşmə ilə bağlı sual-cavab
Təmayül siniflərinə şagird seçimi nə vaxtdan başlanılır? Bu siniflərə hansı şagirdlər qəbul edilir? Təmayüllü siniflərin şagirdi yaşayış yerini dəyişərsə, o hansı sinfə qəbul edilə bilər? Bu kimi suallara təlimat videosundan cavab tapa bilərsiniz.
16/08/2019 15:16
Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir
2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesi davam edir. Elektron sənəd qəbulu avqustun 20-dək davam edəcək. 16 avqust tarixinədək olan məlumata əsasən, artıq 7 500-dən çox vətəndaş müraciəti qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, aqroservis mütəxəssisi, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, heyvandarlıq mütəxəssisi, turizm sahəsində iaşə üzrə mütəxəssis, turizm təşkilatçısı, elektrik qaz qaynaqçısı, kompüter operatoru və bərbər ixtisaslarına üstünlük veriblər. Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir. Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır. Nəticələrin avqustun 21-də elan olunması nəzərdə tutulub.
16/08/2019 14:45
Təhsildə əlçatanlıq təmin olunur
Təhsil Nazirliyinin kollegiyasının qərarı tələbələrə təhsil haqlarını yarımilliklər üzrə ödəmək imkanı verəcək Ali məktəblərə qəbul olunan və ödənişli təhsil alan tələbələr təhsil haqlarını yarımilliklər üzrə ödəyə biləcək. Tələbələri sevindirəcək bu qərar Təhsil Nazirliyinin kollegiyasında verilib. Kollegiyanın qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar. Universitetlər belə bir qərara hazırdırmı? Məsələ burasındadır ki, dünyada da qəbul olunmuş mövcud qaydalara görə, birinci kurs da daxil olmaqla, təhsilalanların hər semestr üçün tədris planı müəyyənləşdirilərkən onların istəyi nəzərə alınmalıdır. Neçə fənn götürdüyünə və ödəyəcəyi pula tələbə özü qərar verməlidir. Ancaq buna əməl edib-etməməyə universitetlər qərar verdiyindən hər il təhsil haqqını ödəyə bilmədiyi üçün xeyli gənc təhsildən kənarda qalırdı. Ancaq müasir dünyanın qəbul etdiyi qaydalardan xəbərdar olanlar, bununla razılaşanlar və artıq tətbiq edənlər də vardı. Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru Əfqan Abdullayev ali məktəbə daxil olan şəxslərə “Birinci kursun pulunu ver, sonra sənədlərini qəbul edim” prinsipi ilə yanaşmanı doğru saymır. Bu yanaşmanın universitetdə çoxdan tətbiq edildiyini deyən prorektorun fikrincə, təhsilalan onsuz da bu vəsaiti ödəyəcək: “Bir də ki, insan götürdüyü fənnin pulunu verməlidir. Axı, tələbə universitetə bir il əvvəldən niyə pul ödəməlidir? Bəlkə heç ilin sonunadək təhsil almayacaq, birinci semestrdən sonra çıxıb getmək istəyəcək. Belə faktlar da var ki, birinci kursun ikinci semestrindən xaricə çıxıb gedən tələbə ödədiyi təhsil haqqının yarısının geri qaytarılmasını tələb edib. Tələb etməkdə də tamamilə haqlıdır. Çünki oxumadığı fənlərin pulunu ondan əvvəlcədən alıblar. Ümumiyyətlə, qeydiyyat hər semestrdə aparılmalıdır. Tələbə qeydiyyatdan keçərkən həmin semestrdə hansı və neçə fənni oxumaq istədiyini bildirməlidir. Biz bütün birinci kurslara 6 fənn təklif edirik. Ancaq onların hamısı bu fənləri oxumaya da bilər. Tutaq ki, 4 fənn götürüb ancaq onun pulunu ödəmək istəyini bildirər və bu istəyində tam haqlıdır”. Ə.Abdullayev hesab edir ki, sadəcə təhsil haqqı deyil, hətta günün hansı saatında və neçə saat dərs keçməsinə də təhsilalan qərar verməlidir: “20- 22 yaşında gəncin təhsil haqqını niyə valideynləri ödəməlidir? Gənclər həm işləyib, həm də oxumaq istəyə bilər. Ona görə də tələbənin götürdüyü fənlərin sayını, vaxtını məhz iş saatına uyğunlaşdırmaq istəməsi normal qarşılanmalıdır”. Ə.Abdullayev bildirib ki, nəinki təhsilalanların, elə təhsilverənlərin də tədris planı illik tərtib edilməməlidir: “Təhsil alan ikinci yarımildən başqa təhsil müəssisəsinə keçmək istəyə bilər. Eyni zamanda, hər hansı fənni tədris edən müəllimdən imtina edər. Ona görə də, nəinki tələbənin, elə müəllimlərin də tədris planı yarımillik tərtib olunmalıdır”. Prorektor onu da əlavə edib ki, Təhsil Nazirliyinin kollegiyasında verilən qərarın yerinə yetirilməsi universitetlər üçün məcburi xarakter daşıdığından bundan sonra bu məsələ problemə çevrilməyəcək və qərar bütün təhsil müəssisələri üçün qüvvədə olacaq. Təhsilə əlçatanlığın artırılmasına xidmət edəcək daha bir şərt Beləliklə, hər il ali təhsil müəssisələrinə qəbul prosesinin sonunda onlarla gəncin təhsil haqqının ödənilməsi problemi ilə üz-üzə qalması və hər il eyni prosesin təkrarlanması Təhsil Nazirliyini əlavə addımlar atmağa sövq etdi. Bəs, bu qərarın nəticəsi nə olacaq? Təhsil Nazirliyinin kollegiyasında qəbul edilən qərarın yerinə yetirilməsinin gözlənilən nəticəsi təhsil almaq istəyənlərin qarşısındakı bir əngəlin də aradan qaldırılmasıdır. Belə ki, ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olunan tələbələr bütün dünyada qəbul edilmiş mövcud qaydalara görə, götürdüyü semestrin, fənnin pulunu verməlidir. Tələbə 4 ildə 240 kredit toplamalıdır. Bu proqram tamamlanmadan təhsilalana təhsil haqqında sənəd - diplom verilmir. Yəni, təhsilin qiymətini ödəməyən tələbə diplom ala bilmir. Deməli, tələbənin yarımildə, ya da il ərzində nə qədər kredit ödəməsi, təhsilini hansı müddətdə tamamlaması universitetin büdcəsinə hər hansı formada zərər vurmur. Ancaq təhsilalanlara gücü çatdığı miqdarda kredit götürməyə, ona uyğun vəsait ödəməyə və gücü imkan verdiyi şəkildə təhsil almağa şərait yaradır. “Bu, dövlətin təhsilimlə bağlı mənə verdiyi ikinci böyük şansdır” Göründüyü kimi, yeni qərar təhsilə əlçatanlığın artırılmasına xidmət edəcək bir şərtin yerinə yetirilməsinin önündə universitetlərin yaratdığı əngəlləri aradan qaldırır. Təhsili daha da əlçatan edən qərarın sevinclə qarşılanacağı şübhə doğurmur. Bunu tələbə adı qazanan Nərgiz Mərdanzadənin sözlərindən də anlamaq çətin deyil: “Bu ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində sənayenin təşkili və idarə olunması ixtisası üzrə təhsil alacağam. Subbakalavrlara verilən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq imkanından yararlanaraq 25 yaşımda yenidən tələbə oldum. Seçdiyim dövlət sifarişli yerlərin heç birini tuta bilmədim. Qəbul olunmağıma sevinsəm də, təhsil haqqını birdəfəyə ödəməli olacağım fikri məni narahat edirdi. Bu qərar barədə eşidəndə çox sevindim. Çünki illik təhsil haqqını birdəfəyə ödəmək güzəranımı xeyli ağırlaşdıracaqdı. Mətbuatdan nə qədər gəncin pul ucbatından təhsildən kənarda qaldığından, qazandığı yerdən bu səbəbdən imtina etməyə məcbur olduğundan xəbərdar idim. Ona görə də Təhsil Nazirliyinin bu qərarının mənim kimi yüzlərlə gənci, hətta ailəni sevindirəcəyinə əminəm. İllik təhsil haqqını tamamlamaq və birdəfəyə ödəmək qayğısından xilas etməsi, məncə, bir gənc olaraq, dövlətin bu il təhsilimlə bağlı mənə verdiyi ikinci böyük şansdır. Həm müsabiqədənkənar tələbə oldum, həm də təhsilhaqqını birdəfəyə ödəmək məcburiyyətindən azad oldum”. "Azərbaycan müəllimi" qəzeti
16/08/2019 10:12
Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi
19-23 avqust tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. Bu mərhələdə vakant yer tutmuş 3 728 nəfərin iştirakı gözlənilir. Müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər miq.edu.az/musahibeler linki vasitəsilə müsahibə mövzuları ilə tanış ola bilərlər. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.
15/08/2019 19:17
Şagirdlərin elektron yerdəyişməsi
Avqustun 15-də saat 15:00-dan etibarən şagird yerdəyişməsi sistemi istifadəyə verilib. Valideynlər sistemdən istifadə etmək üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edəcək. Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.
15/08/2019 14:36
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00
Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadası keçirilir. Heydar Aliyev Foundation #ElmVəTəhsilNazirliyi #ZəkalarınMübarizəsi
Ətraflı"Məktəblilərarası Milli Hakaton"un seçim mərhələsi Xaçmazda #ElmVəTəhsilNazirliyi #RəqəmsalGələcək #MilliHakaton2025 #RəqəmsalBacarıqlar #KodlaGələcəyiniQur #EduAz #MilliHakaton
ƏtraflıRespublika Fənn Olimpiadalarının respublika mərhələsinin fizika və kimya fənləri üzrə final turu keçirilib.
Ətraflı