Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ali təhsil müəssisələrinə elektron qeydiyyat başlayır

7 sentyabrdan ali təhsilin bakalavriat səviyyəsinə ixtisas seçimində uğur qazanmış şəxslərin elektron qaydada təhsil müəssisələrinə qeydiyyatına start verilir.   Müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin sosial güzəşt üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur.   Qeydiyyat prosesi ilə bağlı məlumatla aşağıdakı videotəlimatdan tanış ola bilərsiniz.   Qeyd edək ki, portalda ödəniş addımı yalnız müəssisə təqdim edilmiş sənədləri yoxlayıb “ödəniş edilməlidir” statusu təyin etdikdən sonra görünür. Daha tez ödəniş etmək istəyən abituriyentlər gpp.az xidmətindən istifadə etdiyi bankdakı şəxsi kabinetindən və ya banka yaxınlaşaraq ödəniş edə bilərlər.   Qeydiyyat prosesi 19 sentyabr 23.59-da yekunlaşacaq və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq.     Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.  

Ali təhsil müəssisələrinə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb

Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək.  Alternativ qeydiyyat mərkəzlərinin yaradılmasında məqsəd qeydiyyatda çətinlik çəkən abituriyentlərə dəstək göstərməkdir.      Bundan başqa, qeydiyyatla bağlı suallar yaranarsa, Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-5 (həftəiçi 5 gün), eləcə də (+994) 51 206 78 48 “Whatsapp” nömrəsi üzərindən müraciət etmək mümkündür. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı məlumatı Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən "Virtual bələdçi" bölməsinə yerləşdirilmiş sual-cavab faylından da əldə edə bilərlər: https://edu.gov.az/az/faq   Alternativ qeydiyyat mərkəzlərinin siyahısı aşağıda təqdim edilib.   Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından məlumat ala bilərlər.

"STEAM Azerbaijan" layihəsi çərçivəsində beynəlxalq əməkdaşlıq

Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsinin fəaliyyəti çərçivəsində beynəlxalq əməkdaşlıqlar davam etdirilir. “ORT İsrail” məktəblər şəbəkəsi və Tükiyənin Bahçeşehir kollecinin STEAM mütəxəssisləri ilə müəllimlərin bu istiqamətdə təlimləndirilməsi prosesi həyata keçirilir. Təlim proqramları  STEAM modullarına uyğun olaraq tərtib olunub.   Hazırda “ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən iki modul üzrə təlimlər keçirilir. Modullara “Dəqiq texnologiyalar/Kənd təsərrüfatı” və “Təlimçilərin təlimi” aiddir.   “Dəqiq texnologiyalar/Kənd təsərrüfatı” modulu üzrə təlimlərə “STEAM Azerbaijan” layihəsinin və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları cəlb olunublar. Təlimlərdə dronlar, onların iş prinsipləri və kənd təsərrüfatında müxtəlif istiqamətlər üzrə tətbiqi haqqında bilik və bacarıqlar öyrədilib. Təlimlərin birinci mərhələsi distant, ikinci mərhələsi isə İsrail mütəxəssislərinin iştirakı ilə əyani olaraq keçiriləcək.   “Təlimçilərin təlimi” modulu üzrə təlimlərə isə “STEAM Azerbaijan”  layihəsinin əməkdaşları və “STEAM Azerbaijan” layihəsində təlimçi kimi fəaliyyət göstərən müəllimlər cəlb ediliblər.   Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd bu istiqamətdə bilik və bacarıqların daha da artırılması, təlim prosesinin mövcud vəziyyətdən asılı olaraq istənilən tədris formasına asanlıqla uyğunlaşdırılması haqqında təsəvvür formalaşdırmaqdır.

Ali təhsil müəssisələrinə qeydiyyat başlayır

Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin təhsil müəssisələri üzrə onlayn qeydiyyatına başlanılacaq. Tələbə adını qazanmış şəxslər 20 sentyabr 2021-ci il tarixinədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.   Abituriyentin müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.  

Yeni işə qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramına start verilir

Sentyabrın 7-dən yeni tədris ili üzrə işə qəbul olunmuş gənc müəllimlərlə ilk dəfə adaptasiya proqramına başlanılır.   Adaptasiya proqramının məqsədi yeni işə qəbul olunmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.   Adaptasiya proqramı çərçivəsində Nazirliyin struktur bölmə rəhbərləri, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.   Proqram çərçivəsində yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin təqdimatında “Tədris-pedaqoji sənədlərlə işin təşkili”, “Şagirdlərlə işin təşkili”,  Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatorları ilə müəllimlərin görüşü, Nazirliyin struktur bölmə rəhbərlərinin təqdimatında “Öyrədici mühitin yaradılması”, “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzusunda təlimlər, həmçinin dərslik müəllifləri, qabaqcıl müəllimlərlə müzakirələr keçiriləcək.   Adaptasiya proqramında iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/PJu8G8iefYtuzr3n7

Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinin son günü

6 sentyabrda 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsi yekunlaşır.   Müraciətlər portal.edu.az platforması üzərindən ödənişsiz qaydada aparılır. Boş qalan yerlərə sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.   Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi edə bilərlər.    Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı  yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Müddətli müqavilə ilə müəllim işləmək istəyənlərin nəzərinə!

6 sentyabrda ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimi başa çatır.     Proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilən vakansiya seçimi bu gün saat 18:00-dək davam edəcək. Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər.   Müsabiqənin hazırkı vakansiya seçimlərində iştirak etmək istəyən namizədlər yuxarıda qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.   Vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.   Qeyd edək ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti müddətli müqavilə ilə işə qəbul turlarında vakansiyaya çıxarılacaq və həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək.   Namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizəsini təsdiqləməyi unutmamağı tövsiyə edirik.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin nəzərinə!

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından və ya Təhsil Nazirliyindən məlumat ala bilərlər.   Qeyd edək ki, abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.   Dövlət İmtahan Mərkəzi

Uşaq-gənclər idman məktəblərinin təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında 

 Tokio-2020 Yay Paralimpiya Oyunlarında “Təhsil” Respublika İdman Mərkəzinin 5 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Lamiyə Vəliyeva atletika idman növü üzrə (T13) 400 metr kateqoriyasında 55.00 saniyəlik nəticə ilə paralimpiya rekordunu yeniliyərək qızıl medal qazanıb.   Bundan başqa, Lamiyə Vəliyeva 31 avqust 2021-ci il tarixində (T-13) 100 metr məsafəyə qaçışda 11.99 nəticə ilə Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə gümüş medalı qazandırıb.    Oyunlarda ölkəmizi təmsil təmsil edən, “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin cüdo bölməsinin məşqçi-müəllimi Vüqar Şirinli də cüdo idman növü üzrə 60 kq. çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Apellyasiya müsahibələrinin keçiriləcəyi tarix açıqlanıb

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr 8-9 sentyabr tarixlərində, onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunacaq. Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək. Namizədlərə müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmaq tövsiyə olunur. Müsahibə iştirakçılarına uğurlar arzulayırıq!

16/06/2026

Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu

Ətraflı
15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı