Ali təhsil müəssisələrinə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb
Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Alternativ qeydiyyat mərkəzlərinin yaradılmasında məqsəd qeydiyyatda çətinlik çəkən abituriyentlərə dəstək göstərməkdir.
Bundan başqa, qeydiyyatla bağlı suallar yaranarsa, Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-5 (həftəiçi 5 gün), eləcə də (+994) 51 206 78 48 “Whatsapp” nömrəsi üzərindən müraciət etmək mümkündür. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı məlumatı Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən "Virtual bələdçi" bölməsinə yerləşdirilmiş sual-cavab faylından da əldə edə bilərlər: https://edu.gov.az/az/faq
Alternativ qeydiyyat mərkəzlərinin siyahısı aşağıda təqdim edilib.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından məlumat ala bilərlər.
3 il əvvəl
Digər xəbərlər
-
Vətəndaş müraciətlərinin statistikası
19.03.2025 - 16:50 -
“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin ilkin mərhələsinin müddəti uzadılıb
19.03.2025 - 16:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025 - 10:00 -
Elm və təhsil naziri Şabranda vətəndaşları qəbul edib
17.03.2025 - 14:55 -
“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırılıb
14.03.2025 - 18:00