Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Daha 295 gəncimiz dünyanın ən prestijli universitetlərində dövlət hesabına təhsil alacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair ilkin siyahı təsdiq olunub.    Təqaüd qazanan gənclər "Harvard University", "Massachusetts Institute of Technology", “Columbia University”, "National University of Singapore", "ETH Zurich", "University of Oxford", "University College London" və "University of Cambridge" kimi nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.    Gənclər tərəfindən üstünlük verilən ixtisas istiqamətləri sırasında informasiya texnologiyaları, mühəndislik, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili, eləcə də digər prioritet istiqamətlər yer alır.    Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.   Qeyd edək ki, seçilmiş proqram iştirakçılarının növbəti siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin ilkin siyahısı təsdiqlənib

Xaricdə təhsilə dair Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub.    Bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb.    Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.   Seçilmiş proqram iştirakçılarının növbəti siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.     Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı əsasında həyata keçirilir.   Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün 16 ölkənin 101 ali təhsil müəssisəsi üzrə 839 müraciət daxil olub. Müraciətlərin təhlili nəticəsində 658 nəfər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.  

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

Bu gündən 2024–2025-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi üçün sənəd qəbuluna başlanılır.    Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr 25 iyul saat 11:00-dan 31 iyul 18:00-dək portal.edu.az vasitəsilə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdırlar. Sonra isə müvafiq bölmədə köçürülmək üçün müraciət formasını doldurub təsdiq edə bilərlər.   Sənəd qəbulu Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na uyğun olaraq təhsil müəssisələri tərəfindən aparılacaq.   Normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və oxuduğu müddət ərzində həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər.   Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsinin müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.   Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Tələbənin beynəlxalq səviyyəli imtahanlarda əldə etdiyi nəticələr və təhsil aldığı müəssisənin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.   Xarici təhsil müəssisələrindən köçürülmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər. Tələbələr bu şəhadətnaməni əldə etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət ünvanlamalıdırlar.   Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət hesabına təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.   Köçürülmə xidməti ilə bağlı vətəndaş təlimatı

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə start verilir

İyulun 24-dən Elm və Təhsil Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi elan edilir.    Qrant müsabiqəsinin məqsədi dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını təhsildə könüllü fəaliyyətin təşkilinə cəlb etməkdir.    Müsabiqənin prioritet mövzuları “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində təhsilə ictimai dəstək, Qərbi Azərbaycana qayıdışla bağlı maarifləndirmə, türk dövlətlərinin təhsil ictimaiyyəti arasında inteqrasiyanın gücləndirilməsi, təhsil müəssisələrində yaşıl dünyanın təşviqi, uşaqların təhsil və təhlükəsizlik hüquqlarının təmin edilməsinə dəstək, peşə təhsilinin təşviqi, elm və təhsil islahatları ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir.    Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu musabige@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır.     Sənəd qəbulu üçün son müraciət tarixi 16 avqust 2024-cü ildir.    Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi

Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Prezident İlham Əliyevin 24 iyun 2024-cü il tarixli Sərəncamı ilə Elm və Təhsil Nazirliyinin dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib.      Elm və təhsil naziri Emin Əmrullayev təltif olunmuş əməkdaşları təbrik edib və onlara uğurlar arzulayıb.    Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək dəyərə görə minnətdarlıqlarını bildiriblər.   Sonra dövlət təltifləri təqdim olunub.    Qeyd edək ki, Audit şöbəsinin müdir müavini, Audit sektorunun müdiri Mürşüd Rəşidov, Təhsilin iqtisadiyyatı şöbəsinin Büdcə planlaşdırılması sektorunun baş məsləhətçisi İradə Mirzəhmədova, Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsini icra edən, Məlumat-təhlil sektorunun aparıcı məsləhətçisi Xəqani Qurbanov, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin Təhsilin məzmunu sektorunun baş məsləhətçisi Günel Seyidova  "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.

Emin Əmrullayev əmək fəaliyyətinə başlayan “Maarifçi”lərlə görüşüb

İyulun 22-də elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyi, eləcə də nazirliyin müxtəlif strukturlarında əmək fəaliyyətinə başlayan “Maarifçi” proqramının məzunları ilə görüşüb.    Emin Əmrullayev işə qəbul olunan proqram məzunlarını təbrik edib və onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Nazir təcrübə müddətində öyrəndikləri bilik və bacarıqların onların karyera hədəflərində mühüm rol oynayacağını bildirib.    Daha sonra elm və təhsil naziri peşəkar iş həyatının reallıqları, müasir əmək bazarının rəqabətqabiliyyətliliyi barədə danışıb, gənclərə gələcək fəaliyyətlərinin səmərəli təşkili ilə bağlı tövsiyələrini verib.   Sonda isə əmək fəaliyyətinə başlayan 9 “Maarifçi” ilə bağlı təqdimat nümayiş olunub.   Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarında təcrübə imkanları yaradan və 3 ay davam edən “Maarifçi” proqramını 24 nəfər müvəffəqiyyətlə bitirib. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub.

“Danışır təcrübə” layihəsinin qonağı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev olub

Elm və Təhsil Nazirliyi, eləcə də tabe qurumlarının əməkdaşlarının davamlı inkişafı və müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə həyata keçirilən “Danışır təcrübə” layihəsi davam edir.    Layihənin budəfəki qonağı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev olub.    Yalçın Rəfiyev “Azərbaycanın COP29-a sədrliyi: prioritetlər və gözləntilər” mövzusunda çıxış edib. Nazir müavini bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-un məqsədləri, miqyası və hədəfləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib.    Yalçın Rəfiyev həmçinin iqlim dəyişmələri və onun nəticəsində yaranan qlobal problemlərin həllinə töhfə verməyin Azərbaycanın əsas hədəflərindən biri olduğunu diqqətə çatdırıb.     Tədbirdə Elm və Təhsil Nazirliyi ilə yanaşı, nazirliyin tabe qurumlarının əməkdaşları da iştirak ediblər. Eyni zamanda Naxçıvan MR Təhsil Nazirliyi və regional təhsil idarələrinin 400-dək əməkdaşı onlayn formatda görüşə qoşulublar.   Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.    Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində bu cür görüşlərin müntəzəm şəkildə təşkili nəzərdə tutulur.

4-cü "Yüksəliş" müsabiqəsinin final mərhələsinə start verilib

İyulun 19-da dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib.    Açılış mərasimində Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, müsabiqə qalibləri, media nümayəndələri və finalçılar iştirak ediblər.   Tədbir gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyevin açılış nitqi ilə başlayıb. Fərhad Hacıyev bildirib ki, müsabiqədə iştirak edən namizədlərin əksəriyyəti yeni nəsil idarəçiləridir və bu, ölkəmizdə insan kapitalının inkişafı üçün mühüm göstəricidir.    Digər çıxış edənlər öz növbələrində dördüncü dəfə keçirilən “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti və potensiallı kadrlar üçün yaratdığı fürsətlərdən danışıblar. Onlar müsabiqənin gənclərin inkişafı və liderlik bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıb, bu şəxslərin potensialından faydalanmaq baxımından dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər.    Final mərhələsinin ilk günü elm və təhsil naziri Emin Əmrullayev "Ölkə təhsilində trendlər" mövzusunda çıxış edib və finalçıların suallarını cavablandırıb.    118 nəfərin mübarizə apardığı final mərhələsi 3 gün davam edəcək və 21 iyulda başa çatacaq.

Apellyasiya Şurasının növbəti iclası keçirilib

İyulun 19-da elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Apellyasiya Şurasının növbəti iclası keçirilib.   İclasda Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun baş məsləhətçisi vəzifəsinə namizədlər Tofiq Əsgərov və Əli Cəfərovun, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə namizəd Aydan Bağırovanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb.   İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb,  2 şikayətin təmin edilməsi, 1 şikayətin isə təmin olunmaması barədə qərarlar qəbul edilib.

“mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

İyulun 19-da Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə brifinqi keçirilib.     Brifinqdə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov, Rəqəmsal məhsulların inkişafı departamentinin rəhbəri Vurğun Hacıyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təqdimatlarla çıxış ediblər.   Brifinqdə Azərbaycan Texniki Universitetinə bakalavriat səviyyəsi üzrə sənəd qəbulunun rəqəmsallaşdırılmasından danışılıb. Bildirilib ki, artıq vətəndaşlar sənəd qəbulu prosesini portal.edu.az vasitəsilə tam rəqəmsal formada həyata keçirə biləcəklər. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan–Fransız Universitetində (UFAZ) sənəd qəbulunun rəqəmsallaşdırılması ilə bağlı işlərə başlanıldığı vurğulanıb.     Brifinqdə “mygov” portalına daha 6 təhsil sənədi və  məlumatın əlavə edilməsi mövzusunda təqdimat da nümayiş etdirilib. Məlumat verilib ki, vətəndaşlar portalda “Peşə təhsili sənədləri haqqında məlumatlarım”, “Ümumi təhsil haqqında məlumatlarım”, “Cari ali və orta ixtisas təhsili haqqında məlumatlarım”, “Cari ümumi təhsil haqqında məlumatlarım”, “Cari peşə təhsili haqqında məlumatlarım”, “Övladlarımın cari ümumi təhsili haqqında məlumatları” bölmələrindən müvafiq təhsil sənədləri və məlumatlarını elektron formada əldə edə bilərlər. Bununla da ümumilikdə 10 təhsil sənədi və məlumatı tam rəqəmsal formada vətəndaşlara təqdim olunur.   Brifinqdə həmçinin qeyd edilib ki, vətəndaşlar təhsil məlumatlarını “mygov” tətbiqi üzərindən QR kodu vasitəsilə paylaşmaq, PDF formatında yükləmək, o cümlədən yaranmış problemi “Dəstək” bölməsinə müraciət edərək aradan qaldırmaq imkanına malikdirlər.    Bundan başqa, portalda təhsil məlumatlarının nə vaxt, kiminlə, harada paylaşıldığının tarixçəsinə nəzər yetirməyin mümkünlüyü də əlavə edilib.  “mygov” tətbiqinin “Sənədlər” bölməsində tələbə kartının rəqəmsal versiyası da təqdim olunur.

12/05/2026

Mayın 8-də Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib. Konsert proqramında tələbələrin ifasında ulu öndərə həsr olunmuş mahnılar səsləndirilib, şeirlər bədii qiraət olunub, həmçinin müxtəlif rəqs kompozisiyaları təqdim edilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23034-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
10/05/2026

Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ətraflı
10/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May

Ətraflı