“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi yekunlaşıb
Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin iyun ayından etibarən keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi başa çatıb.
Layihə çərçivəsində 11-12 iyun tarixlərində Lənkəran rayonu və Şəki şəhərində, 15 və 17 oktyabr tarixlərində Gəncə və Mingəçevir şəhərləri, Qax, Qazax, Qusar və Ağdam rayonlarında, 9-10 dekabr tarixlərində Gəncə, Sumqayıt şəhərlərində, Qazax və Ağdam rayonlarında ümumilikdə 10 000 nəfərdən çox məktəblinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda müxtəlif mövzulara həsr olunan tamaşaları izləməsi təmin edilib.
Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
