Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 17-də T.İsmayılov adına “İntellekt” məktəb-liseyində fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin elmi işlərinin təqdimat mərasimi keçirilib.

Martın 17-də T.İsmayılov adına “İntellekt” məktəb-liseyində fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin elmi işlərinin təqdimat mərasimi keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, eləcə də ayrı-ayrı ictimai qurumların, təhsil ictimaiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və qabaqcıl ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər. Qonaqları səmimi salamlayan “İntellekt” məktəb-liseyinin direktoru Ceyran Kuliyeva giriş sözündə 2007-2008-ci tədris ilinin əvvəllərində yaradılmış “Kiçik Akademiya”nın fəaliyyəti və qarşıya qoyulmuş vəzifələr haqqında məlumat verib. Sonra söz “Kiçik Akademiya”nın üzvlərinə verilib. Şagirdlər müasir təlim texnologiyalarının imkanlarından istifadə etməklə hazırlanmış “Tarix və şəxsiyyət”, “Qızıl kəsişmə”, “Bəşəriyyət qadınla süslənəcək” və başqa mövzularda 7 elmi iş təqdim edib. Tədbirdə iştirakçılar liseyin istedadlı şagirdlərinin slayd və kino- kadrlarla müşayiət olunan məruzə-təqdimatlarını maraqla dinləyiblər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov belə istedadlı gənclərlə tanışlıqdan məmnun olduğunu bildirib və təqdimat mərasiminin İKT-nin tətbiqi ilə təşkil edilməsində xüsusi əməyi olan X sinif şagirdi Şəhriyar Məhərrəmova noutbuk hədiyyə edib. Mərasimin sonunda çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək hamıya xoşbəxtlik arzulayıb. T.İsmayılov adına “İntellekt” məktəb- liseyinin ən nümunəvi təhsil ocaqlarından biri olduğunu qeyd edən nazir qazanılan böyük uğurlara görə liseyin rəhbərliyinə, pedaqoji və şagird kontingentinə minnətdarlığını bildirib. Sonda Misir Mərdanov tədbirin hazırlanmasında yaxından iştirak etmiş liseyin müəllimi Təranə Səmədovaya Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə təltif olunduğu “Qabaqcıl təhsil işçisi” döş nişanını təqdim edib.

2008-ci ilin martından etibarən “British Council” təşkilatı Təhsil Nazirliyi ilə birgə “Təbiət fənləri üzrə müəllimlər üçün təlimlər” adlı yeni layihəni həyata keçirməyə başlayıb.

2008-ci ilin martından etibarən “British Council” təşkilatı Təhsil Nazirliyi ilə birgə “Təbiət fənləri üzrə müəllimlər üçün təlimlər” adlı yeni layihəni həyata keçirməyə başlayıb.   Layihənin əsas məqsədi təbiət fənlərini tədris edən müəllimlərin interaktiv tədris metodlarından istifadə üzrə bacarıqlarının, peşəkar qabiliyyətlərinin inkişaf etdirilməsi və müvafiq təlim vasitələrinin hazırlanmasından ibarətdir. Layihənin 3 mərhələdə aparılması, eyni zamanda I mərhələ üzrə təlimlərin keçirilməsi məqsədilə müəyyənləşdirilmiş şərtlər əsasında təlimçilərin seçilməsi nəzərdə tutulub . Layihə Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filalı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji, Gəncə, Sumqayıt, Lənkəran Dövlət Universitetləri, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhər, Lənkəran və Salyan rayonlarının müəyyənləşdirilmiş 3 ümumtəhsil məktəbində təbiət fənlərini tədris edən müəllim, metodist, universitet və məktəb rəhbərlərini əhatə edib. x

Təhsil Nazirliyi və “Uşaqların xilası” (Save the Children) təşkilatı ilə birgə yaradılan işçi qrupu tərəfindən “Uşaqların tolerantlıq təhsili proqramı” çərçivəsində vəsaitlərin ilkin variantı hazırlanıb.

Təhsil Nazirliyi və “Uşaqların xilası” (Save the Children) təşkilatı ilə birgə yaradılan işçi qrupu tərəfindən “Uşaqların tolerantlıq təhsili proqramı” çərçivəsində vəsaitlərin ilkin variantı hazırlanıb. İbtidai sinif müəllimləri üçün vəsaitlər “Sülh mədəniyyətinə dair tədris vəsaiti”, şagirdlər üçün isə “Qısa hekayələr toplusu” adlanır. Layihə çərçivəsində hazırlanmış həmin tədris vəsaitlərinin cari ilin mart-aprel aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərinin, Abşeron, Quba, Qazax, Şəki, Lənkəran, Goranboy və Kürdəmir rayonlarının seçilmiş pilot məktəblərinin müəyyənləşdirilmiş I-IV siniflərində sınaqdan keçirilməsi nəzərdə tutulub. Onu da qeyd edək ki, həmin vəsaitlər Təhsil Nazirliyi tərəfindən yerlərə göndərilmiş rəsmi məktublar əsasında sınaqdan keçiriləcək.

Martın 15-də Təhsil Naziriyində fevralın 24-də mərkəzləşdirilmiş qaydada keçirilmiş ikinci yoxlama imtahanının nəticələrinə dair kollegiya iclası olub.

Martın 15-də Təhsil Naziriyində fevralın 24-də mərkəzləşdirilmiş qaydada keçirilmiş ikinci yoxlama imtahanının nəticələrinə dair kollegiya iclası olub. Təhsil naziri Misir Mərdanov iclası açaraq bildirib ki, ikinci yoxlama imtahanı ötən sınaqdan fərqli olaraq daha mütəşəkkil keçib. Yeni qaydada keçirilən imtahanın başlıca məqsədinin orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin artırılması, məktəb və müəllimin nüfuzunun yüksəldilməsi olduğunu qeyd edən nazir görülən işin artıq ictimaiyyət tərəfindən də müsbət qarşılandığını söyləyib. Nazir ikinci yoxlama imtahanının nəticələrinin yüksək olduğunu vurğulayaraq, bu dəfə tətbiq olunan bir neçə yenilikləri, xüsusilə də nəticələrin qısa müddətdə yoxlanılaraq, Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini də müsbət addım kimi dəyərləndirib. Misir Mərdanov bu proses zamanı problemlərin, çatışmamazlıqların da olduğunu istisna etməyib. Nazir, həmçinin bəzi məktəb direktorlarının keçirilən imtahana məsuliyyətsiz yanaşmalarını, nəzarətçi müəllimlərin bir çoxunun öz işlərinin öhdəsindən gələ bilmədiklərini qeyd edib və bununla bağlı məktəb direktorlarına ciddi iradlarını bildirib. Məktəblərdə təkcə şagirdlərin deyil, müəllimlərin də biliyinin qiymətləndirilməsinin labüdlüyünü diqqətə çatdıran nazir direktorlara rəhbərlik etdikləri təhsil müəssisələrində bu istiqamətdə iş aparmalarını tövsiyə edib. Sonra Təhsil Nazirliyi Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdir müavini Təranə Hacıyevanın yoxlama imtahanının nəticələrinə dair hesabatı dinlənilib. Aydın olub ki, imtahanlar rayon və şəhərlərdə yaradılmış 89 mərkəzdə keçirilməklə 51 727 şagirdi və 895 məktəbi əhatə edib. 94 imtahan rəhbəri, 89 bina rəhbəri təyin edilib. 1772 otaqda 4000-dən çox nəzarətçi müəllim imtahan prosesində iştirak edib. Yoxlama imtahanlarında 42 məktəb 90-100, 218 məktəb 70-90, 351 məktəb 50-70, 174 məktəb 30-50, 110 məktəb 0-30 faiz arasında nəticə göstərib. 7 məktəbin müvəffəqiyyət faizi 0 olub. İclasda reytinq cədvəlində ilk və son 50 yeri tutan məktəblər haqqında məlumat verilib, statistik təhlillər iştirakçıların diqqətinə çatdırılıb. Hər bir fənn üzrə məktəblərin göstəricilərinin ayrı-ayrılıqda təhlilini aparan T.Hacıyeva siyahıda yüksək yerləri tutan təhsil ocaqlarının adlarını qeyd edib. Misir Mərdanov aprelin 27-də keçiriləcək növbəti sınaq imtahanına ciddi hazırlıq işlərinin aparılmasının zəruri olduğunu diqqətə çatdıraraq nazirliyin müvafiq şöbəsinə müəyyən göstərişlər verib. Nazir digər məsələlərə də geniş toxunaraq öz fikir və mülahizələrini bildirib. Kollegiyada ayrı-ayrı təhsil işçiləri də ikinci yoxlama imtahanı ilə bağlı təkliflərlə çıxış edib.

Martın 13-də Təhsil Nazirliyində “British Council” təşkilatı ilə nazirliyin birgə həyata keçirdiyi layihələrə həsr olunmuş mərasim keçirilib.

Martın 13-də Təhsil Nazirliyində “British Council” təşkilatı ilə nazirliyin birgə həyata keçirdiyi layihələrə həsr olunmuş mərasim keçirilib. Mərasimdə təhsil naziri Misir Mərdanov birgə reallaşdırılan layihələrin əhəmiyyətli rolundan danışaraq bu işdə əməyi olan “British Council”un Azərbaycan üzrə direktoru cənab Əndi Uilyamsın xüsusi xidmətlərini qeyd edib. Eyni zamanda nazir cari ilin mayından etibarən xanım Nikol de Laluvyerin həmin səlahiyyətləri icra edəcəyini açıqlayıb. Sonra Misir Mərdanov “Azərbaycan Respublikası Təhsil Nazirliyi və “British Council” tərəfindən həyata keçirilən birgə layihələr” mövzusunda məruzə-təqdimat edib. Nazir öz təqdimatında təşkilatın ölkəmizdə 1993-cü ildən fəaliyyətə başlaması, Böyük Britaniya ilə Azərbaycan arasında qarşılıqlı və faydalı əlaqələrin qurulması istiqamətində atılan addımlar, təhsil sahəsində həyata keçirilən 15 layihənin hər biri haqqında ətraflı məlumat verib.    Tədbirdə təhsil naziri Misir Mərdanov “British Council” təşkilatının gördüyü işləri təqdirəlayiq hal kimi dəyərləndirib və cənab Əndi Uilyamsın Böyük Britaniya-Azərbaycan təhsil əlaqələrinin inkişafındakı xidmətlərinə, müəllim hazırlığı üzrə birgə layihələrin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə görə nazirliyin Fəxri Fərmanı ilə təltif edildiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb. Cənab Əndi Uilyams onun əməyinə verilən bu diqqət üçün təşəkkürünü bildirib və birgə əməkdaşlığın verdiyi töhfələrdən danışıb, habelə hər iki ölkə arasında əlaqələrin yaradılmasına çalışdıqlarını diqqətə çatdırıb. Yeni təyin olunan direktor xanım Nikol de Laluvyer isə aparılan işin davam etdiriləcəyini, əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.

Martın 12-də təhsil naziri Misir Mərdanov İslam İnkişaf Bankının departament direktorunun müavini cənab Məhəmməd Rza Yusifxan, bankın baş mütəxəssisi Rauf Məmmədov, Azərbaycan üzrə nümayəndəsi Zaur Cəfərli ilə görüşüb.

Martın 12-də təhsil naziri Misir Mərdanov İslam İnkişaf Bankının departament direktorunun müavini cənab Məhəmməd Rza Yusifxan, bankın baş mütəxəssisi Rauf Məmmədov, Azərbaycan üzrə nümayəndəsi Zaur Cəfərli ilə görüşüb. Misir Mərdanov qonağa ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, təsdiq olunmuş Dövlət Proqramı, eyni zamanda yerli və beynəlxalq qurumlarla birgə bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Sonra nazir ölkəmizin texniki-peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və inkişafı məqsədilə İslam İnkişaf Bankı ilə əməkdaşlığın yaradılması, həyata keçiriləcək yeni layihəyə əsasən bankdan texniki yardım və qrant ayrılması məsələsindən söz açıb. Eyni zamanda müvafiq layihə üzrə Bakı şəhərində 1, Saatlı rayonunda isə 2 peşə təhsili müəssisəsində iş aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb və müvafiq tələbatın öyrənilməsinin əsas şərt olduğunu vurğulayıb. Layihənin əsas məqsədinin texniki-peşə təhsili müəssisələrinin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması olduğunu bildirən Misir Mərdanov bununla bağlı rəy və təkliflərini qeyd edib. Nazir layihənin “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”na uyğun olaraq həyata keçiriləcəyini açıqlayıb. Cənab Məhəmməd Rza Yusifxan təmsil olunduğu qurumun öz fəaliyyətində təhsilin inkişafına xüsusi yer ayırdığını, nəzərdə tutulan layihəyə lazımi dəstək göstərməyə hazır olduqlarını bildirib. Qonaq, həmçinin layihənin maliyyələşdirilməsi və bir sıra mühüm istiqamətlərlə bağlı fikirlərini qeyd edib. Görüşdə milli və beynəlxalq məsləhətçilərin layihə sənədini hazırlaması, nümunəvi peşə təhsili müəssisəsinin yaradılması, peşə məktəblərinin modelinin təkmilləşdirilməsi ilə bağlı müzakirə aparılıb.

Martın 12-də Nəsimi rayonundakı 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin açılış mərasimi keçirilib.

Mərasimi təhsil naziri Misir Mərdanov açaraq son illərdə idman sahəsində həyata keçirilən tədbirlərdən, bu sahədə əldə edilən uğurlardan danışıb. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib, həmçinin Azərbaycan idmançılarının qazandığı qələbələri, bu qələbələrdə məktəbli gənclərin də rolu olduğunu vurğulayıb. Sonra açılış rəmzi olan qırmızı lent kəsilib. Misir Mərdanov İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin gələcək fəaliyyətinə uğurlar arzulayaraq iştirakçılarla birgə idman məktəbinin otaqları, üzgüçülük hovuzu ilə tanış olub. Məktəbin direktoru Elçin Mehdizadə qonaqlara məlumat verərək bildirib ki, hazırda bu müəssisədə həndbol və taekvondo bölməsi fəaliyyət göstərir, eyni zamanda 500 şagirdi olan məktəbdə 15 məşqçi müəllim çalışır. E. Mehdizadə yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə məktəbin şagird və pedaqoji kollektivi adından dərin minnətdarlığını bildirib.  Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, millət vəkili Ülvi Quliyev və digər şəxslər iştirak ediblər.

Martın 11-də Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən görülən işlər barədə məlumat verib. Nazir həmin Sərəncamın icrası ilə əlaqədar “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın hazırlıq vəziyyətindən söz açıb. Nazir, həmçinin layihə sənədində Proqramın məqsəd və əsas istiqamətlərinin, ali təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi, idarə olunma sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, kadr hazırlığı, maddi-texniki bazanın müasir tələblərə uyğun qurulması, eləcə də burada öz əksini tapan digər mühüm məsələləri xüsusi qeyd edib. Sonra Misir Mərdanov ali məktəblərimizin xarici ölkələrin universitetləri ilə yaratdığı əməkdaşlıq və nəzərdə tutulan əlaqələri iştirakçıların diqqətinə çatdırıb. Nazir bildirib ki, əldə olunan təcrübə üzrə müsbət cəhətlər aşkarlanmalı, bu sahə ilə bağlı vahid mexanizm yaradılmalı, ümumilikdə görülən işlər ali təhsilin inkişafına yönəldilməlidir. Tədbirdə ali təhsil müəssisələrinə tələbə qəbulunun planlaşdırılması, məzunların yerləşdirilməsi, onlara təyinatların verilməsi və s. məsələlər müzakirə olunub, müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Sonda Misir Mərdanov ali məktəb rektorlarına “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” layihə sənədi üzrə rəy və təkliflər verilməsi, habelə ali təhsilin müzakirə edilən bir sıra istiqamətləri barədə tapşırıqlar verib.

Təhsil naziri Misir Mərdanov “2008-ci il fənn olimpiadalarının Respublika turunun keçirilməsi haqqında” əmr imzalayıb.

Təhsil naziri Misir Mərdanov “2008-ci il fənn olimpiadalarının Respublika turunun keçirilməsi haqqında” əmr imzalayıb. Əmrə əsasən fənn olimpiadalarının Respublika turu martın 16-dan 18-dək Bakı şəhərində keçiriləcək.    Olimpiadaların Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə S.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında, riyaziyyat, fizika və informatika fənləri üzrə Fizika- riyaziyyat və informatika təmayüllü liseydə, kimya və biologiya fənləri üzrə isə Kimya-biologiya təmayüllü liseydə keçirilməsi qərara alınıb. Yekun turun qeyd olunan fənlər üzrə olimpiada iştirakçılarının yerləşdiyi müəssisələrdə, yalnız informatika fənnindən isə Bakı Dövlət Universitetində keçirilməsi müəyyənləşdirilib. Onu da qeyd edək ki, olimpiadaların bağlanışı martın 18-də hər fənn üzrə iştirakçıların yerləşdiyi müəssisələrdə təşkil ediləcək.

Bu günlərdə Latviya Respublikasının paytaxtı Riqa şəhərində “İnkluziv təhsil, siyasi dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu günlərdə Latviya Respublikasının paytaxtı Riqa şəhərində “İnkluziv təhsil, siyasi dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Təhsil Nazirliyi Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin böyük məsləhətçisi Əhliyət Adıgözəlov da iştirak edib. Latviya Respublikasının birinci xanımı Lilita Zatlerenin iştirak etdiyi konfransda müvafiq ölkənin təhsil və elm naziri xanım Tatyana Koke, UNESCO-nun maarif üzrə direktoru xanım Asedo Klementina, qeyd olunan təşkilatın Avropa regional təhsili üzrə məsləhətçisi cənab Aleksandr Sannikov, Avropa Komissiyasının Latviya nümayəndəliyinin başçısı xanım İveta Şults və digər şəxslərin məruzələri dinlənilib.        Sonra məruzələr ətrafında çıxışlar olub, Ə.Adıgözəlov Azərbaycanda inkluziv təhsil sahəsində həyata keçirilən pilot layihələr barəsində məlumat verib, bu sahədə müəllim hazırlığı, valideynlərlə iş, proqram materiallarının təkmilləşdirilməsi haqqında təkliflərini konfrans iştirakçılarına çatdırıb. Üç gün davam edən tədbirdə cari ilin noyabrında Cenevrədə keçiriləcək 48-ci Beynəlxalq Konfransda inkluziv təhsilin qorunub saxlanması, inkişafı, siyasi və praktiki tədqiqatların davam etdirilməsi, yerli şərait nəzərə alınmaqla müvafiq təhsilin həyata keçirilməsi yolları, prioritetlərin müəyyənləşdirilməsi və digər məsələlərin müzakirəsi vacib hesab edilib. Konfransda 35 ölkədən 185 nəfər iştirak edib.

23/05/2026

Mayın 23-də elm və təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri Rahim Saidzoda ilə görüşüb. Görüş çərçivəsində Tacikistan Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə edilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
23/05/2026

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində olub. Universitet rəhbərliyi ilə keçirilən görüşdə fənlərarası təhsil modeli, qlobal tədqiqat əməkdaşlıqları və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil və transmilli təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Səfər çərçivəsində Dövlət Proqramı üzrə Vorvik Universitetində təhsil alan tələbələrlə də görüş keçirilib, onların akademik fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23105-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
22/05/2026

Yüksək impakt faktorlu "Open Access" (açıq əlyetərli) jurnallarda məqalələrin ödənişsiz dərc imkanlarından yararlanmaq istəyən tədqiqatçılar üçün məlumatlandırıcı material təqdim olunur. Məqalələrin əlçatanlığının artırılması üzrə tövsiyələrlə tanış olmaq üçün keçid: https://www.cambridge.org/core/services/authors/promoting-your-published-paper Müqavilə meyarlarına uyğunluğunuzu yoxlamaq üçün keçid: cambridge.org/oa-waivers-and-discounts Müəssisənizin ROR qeydiyyatının olub-olmadığını yoxlamaq üçün keçid: https://ror.org/search Alimlərimizin limitsiz sayda ödənişsiz məqalə dərc imkanları ilə bağlı ən çox verilən suallar və cavabları üçün keçid: https://eatda.edu.az/melumatlar/alimlerimizin-limitsiz-sayda-odenissiz-meqale-derc-imkanlari-ile-bagli-en-cox-verilen-suallar-ve-onlarin-cavablari #EATDA #ETN #Cambridge

Ətraflı