Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 15-də Təhsil Naziriyində fevralın 24-də mərkəzləşdirilmiş qaydada keçirilmiş ikinci yoxlama imtahanının nəticələrinə dair kollegiya iclası olub.

Martın 15-də Təhsil Naziriyində fevralın 24-də mərkəzləşdirilmiş qaydada keçirilmiş ikinci yoxlama imtahanının nəticələrinə dair kollegiya iclası olub.
Təhsil naziri Misir Mərdanov iclası açaraq bildirib ki, ikinci yoxlama imtahanı ötən sınaqdan fərqli olaraq daha mütəşəkkil keçib. Yeni qaydada keçirilən imtahanın başlıca məqsədinin orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin artırılması, məktəb və müəllimin nüfuzunun yüksəldilməsi olduğunu qeyd edən nazir görülən işin artıq ictimaiyyət tərəfindən də müsbət qarşılandığını söyləyib. Nazir ikinci yoxlama imtahanının nəticələrinin yüksək olduğunu vurğulayaraq, bu dəfə tətbiq olunan bir neçə yenilikləri, xüsusilə də nəticələrin qısa müddətdə yoxlanılaraq, Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini də müsbət addım kimi dəyərləndirib.
Misir Mərdanov bu proses zamanı problemlərin, çatışmamazlıqların da olduğunu istisna etməyib. Nazir, həmçinin bəzi məktəb direktorlarının keçirilən imtahana məsuliyyətsiz yanaşmalarını, nəzarətçi müəllimlərin bir çoxunun öz işlərinin öhdəsindən gələ bilmədiklərini qeyd edib və bununla bağlı məktəb direktorlarına ciddi iradlarını bildirib. Məktəblərdə təkcə şagirdlərin deyil, müəllimlərin də biliyinin qiymətləndirilməsinin labüdlüyünü diqqətə çatdıran nazir direktorlara rəhbərlik etdikləri təhsil müəssisələrində bu istiqamətdə iş aparmalarını tövsiyə edib.
Sonra Təhsil Nazirliyi Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdir müavini Təranə Hacıyevanın yoxlama imtahanının nəticələrinə dair hesabatı dinlənilib. Aydın olub ki, imtahanlar rayon və şəhərlərdə yaradılmış 89 mərkəzdə keçirilməklə 51 727 şagirdi və 895 məktəbi əhatə edib. 94 imtahan rəhbəri, 89 bina rəhbəri təyin edilib. 1772 otaqda 4000-dən çox nəzarətçi müəllim imtahan prosesində iştirak edib. Yoxlama imtahanlarında 42 məktəb 90-100, 218 məktəb 70-90, 351 məktəb 50-70, 174 məktəb 30-50, 110 məktəb 0-30 faiz arasında nəticə göstərib. 7 məktəbin müvəffəqiyyət faizi 0 olub.
İclasda reytinq cədvəlində ilk və son 50 yeri tutan məktəblər haqqında məlumat verilib, statistik təhlillər iştirakçıların diqqətinə çatdırılıb. Hər bir fənn üzrə məktəblərin göstəricilərinin ayrı-ayrılıqda təhlilini aparan T.Hacıyeva siyahıda yüksək yerləri tutan təhsil ocaqlarının adlarını qeyd edib.
Misir Mərdanov aprelin 27-də keçiriləcək növbəti sınaq imtahanına ciddi hazırlıq işlərinin aparılmasının zəruri olduğunu diqqətə çatdıraraq nazirliyin müvafiq şöbəsinə müəyyən göstərişlər verib. Nazir digər məsələlərə də geniş toxunaraq öz fikir və mülahizələrini bildirib.
Kollegiyada ayrı-ayrı təhsil işçiləri də ikinci yoxlama imtahanı ilə bağlı təkliflərlə çıxış edib.


10 il əvvəl