Təhsil Nazirliyi ümumtəhsil məktəblərində boş qalmış vakant yerlərə aparılmış əlavə yerləşdirmənin nəticəsini açıqlayıb.
Əlavə yerləşdirmədə 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balı toplamış, lakin işə qəbul olunmamış şəxslər iştirak ediblər.
Qeyd edək ki, yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilmiş 2162 vakansiya ilə bağlı təhlillər aparılıb və 1580 zəruri vakant yer müəyyənləşdirilib. 22-26 noyabr 2013-cü il tarixlərində həmin vakant yerlərdən elektron seçim imkanı verilib. Bu mərhələdə iştirak edən 1257 nəfərdən 307 nəfəri seçdiyi vakant yerə işə qəbul olunmaq hüququ qazanıb. 28 noyabr 2013-cü il tarixdə onlarla müsahibə keçirilib və 165 nəfərin işə qəbul edilməsi barədə qərar qəbul olunub.
Tutulmayan vakant yerlərlə bağlı Təhsil Nazirliyi yerli təhsil orqanları ilə birgə qabaqlayıcı tədbirlər görüb. Belə ki, digər məktəblərdən əvəzçilik qaydasında işləmək üçün müəllimlər dəvət edilib, çalışmanın son yaş həddinə çatmış müəllimlərlə müqavilə müddəti uzadılıb, ixtisaslı müəllimlərlə dərs ilinin sonunadək müvəqqəti müqavilələrin bağlanması təmin olunub.
9 il əvvəl
Digər xəbərlər
-
Prezident Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
10.05.2025 - 12:10 -
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib
10.05.2025 - 11:40 -
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2025 - 18:00 -
Fəxri xiyaban ziyarət edilib
08.05.2025 - 14:22 -
Nazir müavini "Sən elə bir zirvəsən" adlı tədbirdə iştirak edib
08.05.2025 - 13:00