Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Fevralın 11-də Bakıdakı 132-134 nömrəli təhsil kompleksində “Təhsilin əsasları” fənnini tədris edən ali məktəb müəllimləri üçün təşkil olunmuş kursun yekunlarına dair tədbir keçirilib.
İlk öncə məlumat verilib ki, Təhsil Nazirliyi ilə Dünya Bankının həyata keçirdiyi birgə layihəyə uyğun olaraq “Təhsilin əsasları” fənni pilot layihə kimi üç ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində tədris edilir.
Sonra “Təhsilin əsasları” fənnini tədris edən müəllimlərin üç həftəlik kursda öyrəndikləri barədə təqdimatları dinlənilib.
Qeyd edək ki, Bakıdakı 132-134 nömrəli təhsil kompleksində təşkil olunmuş kursda Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Gəncə Dövlət Pedaqoji Universitetindən 30 müəllim iştirak edib.
“Təhsilin əsasları” fənninin pilot layihə kimi 3 ali məktəbdə tədris olunmasının əhəmiyyətinə toxunan təhsil naziri Misir Mərdanov bu işin uğurla davam etdirildiyini bildirib. “Təhsilin əsasları” fənninin müəllim hazırlığı sahəsində önəmli rol oynadığını vurğulayan nazir müvafiq dərs vəsaitinin və fənn kurikulumunun hazırlanmasında xarici ölkələrin təcrübəsindən də istifadə edildiyini nəzərə çatdırıb. Müvafiq kursların digər orta məktəblərdə də təşkilinə diqqət yetirməyin zəruriliyini önə çəkən təhsil naziri “Təhsilin əsasları” fənnini tədris edən müəllimlərin kursda öyrəndikləri barədə etdikləri təqdimatlardan razı qaldığını söyləyib.
Daha sonra “Təhsilin əsasları” fənnini tədris edən müəllimlər üçün növbəti kursların təşkili, bu baxımdan gələcəkdə həyata keçiriləcək tədbirlər və digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq təkliflər səsləndirilib.
Sonda kurs iştirakçılarına Təhsil Nazirliyinin sertifikatları təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşları qəbul edəcək
07.05.2026 - 15:50 -
"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
07.05.2026 - 15:17 -
Nazir müavini “Sərhəd” hərbi-idman oyunlarının yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
07.05.2026 - 15:00 -
Türkiyə-Azərbaycan Universitetinə infotur təşkil edilib
06.05.2026 - 17:30 -
Təhsil İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib
06.05.2026 - 17:15
