Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini “Sərhəd” hərbi-idman oyunlarının yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “Sərhəd” hərbi-idman oyunlarının başa çatması münasibətilə tədbir keçirilib. 

 

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında “Sərhəd” hərbi-idman oyunlarının gənclərdə vətəndaşlıq şüurunun, vətənpərvərlik hissinin və milli dəyərlərə bağlılığın formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib. Bildirib ki, hərbi-idman oyunları iştirakçıların fiziki hazırlığının, hərbi-tətbiqi bacarıqlarının, komanda ruhunun və şəxsi keyfiyyətlərinin inkişafına töhfə verir.

 

Nazir müavini vurğulayıb ki, müasir dövrdə sürətlə inkişaf edən hərbi texnika və texnologiyalar gənclərdən daha yüksək hazırlıq tələb edir. Bu baxımdan hərbi-idman oyunları gənclərə zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasında mühüm əhəmiyyət daşıyır.

 

Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri də çıxışlarında qalib komandaları təbrik ediblər, hərbi-idman oyunlarının əhəmiyyətindən söz açıblar. 

 

Qeyd edilib ki, respublikanın 36 rayonundan 181 məktəb üzrə 905 şagirdin cəlb olunduğu “Sərhəd” hərbi-idman oyunlarının ilk iki mərhələsinin yekunlarına görə 11 komanda final mərhələsində mübarizələrini davam etdiriblər. 

 

“Sərhəd” hərbi-idman oyunlarının keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidmət və məişət şəraiti ilə tanış olub, onlar üçün maraqlı ekskursiyalar, mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları təşkil edilib. 

 

Final mərhələsinin yekunlarına görə Cəlilabad rayonunun “Musalı” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Şəmkir rayonunun “Mübarizlər” komandası isə üçüncü yeri tutub. 

 

Tədbirin yekununda qaliblərə mükafatlar, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici hədiyyələr təqdim edilib,  xatirə fotosu çəkdirilib.


07.05.2026 - 15:00