Təhsil İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib
Mayın 6-da Azərbaycan Respublikasının Təhsil İnstitutuna Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən akkreditasiya haqqında şəhadətnamə təqdim olunması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev, Akkreditasiya üzrə Ekspert şurasının üzvləri, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev akkreditasiyanın əhəmiyyətini vurğulayaraq elmi fəaliyyətin keyfiyyətinin artırılması, elmi araşdırmalar üçün yeni mövzuların seçilməsi, universitetlərdə akademik heyətin gəncləşməsi, innovativ yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb. Nazir bildirib ki, elmi potensialdan və müasir texnologiyalardan səmərəli istifadə təhsil sahəsində davamlı inkişafı təmin edən əsas şərtlərdəndir.
Daha sonra AAK sədri Famil Mustafayev ARTİ-nin akkreditasiya üçün müraciət etməsini yüksək qiymətləndirərək prosesin hüquqi və təşkilati əsasları barədə məlumat verib, onun elmi müəssisələrdə idarəetmənin və tədqiqatların səmərəliliyinin artırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə qeyd olunub ki, ARTİ tərəfindən təqdim edilən Özünüqiymətləndirmə Hesabatının təhlili əsasında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti tərəfindən institutun akkreditasiyadan keçməsi və ona müvafiq şəhadətnamənin verilməsi barədə qərar qəbul olunub.
Tədbirin sonunda AAK sədri Famil Mustafayev ARTİ-nin akkreditasiya şəhadətnaməsini elm və təhsil naziri Emin Əmrullayevə təqdim edib.
06.05.2026 - 17:15
Digər xəbərlər
-
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb
01.10.2026 - 16:35 -
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib
01.10.2026 - 10:18 -
Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
30.09.2026 - 21:18 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək
29.09.2026 - 15:47 -
“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub
29.09.2026 - 15:11
