Nazirliyin nümayəndə heyəti UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında iştirak edir
Oktyabrın 30-da Özbəkistanın Səmərqənd şəhərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş Konfransının 43-cü sessiyasının açılış mərasimi keçirilib.
Tədbirdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, UNESCO-nun Baş direktoru Odri Azule, eləcə də UNESCO üzv dövlətlərinin yüksək səviyyəli rəsmi nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasını konfransda xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində elm və təhsil nazirinin müavini Həsən Həsənli yer alır.
Konfrans çərçivəsində üzv dövlətlər tərəfindən UNESCO-nun növbəti dövr üçün prioritet istiqamətləri – təhsilin inklüzivliyi, mədəni irsin qorunması, iqlim dəyişikliyinə qarşı mübarizə və dayanıqlı inkişaf məqsədləri üzrə fəaliyyət planları müzakirə olunur.
Qeyd edək ki, UNESCO-nun Baş Konfransının 43-cü sessiyası 14 noyabr tarixinədək davam edəcək.
31.10.2025 - 11:11
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52 -
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
06.10.2026 - 11:36 -
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28
