Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə 22 oktyabr tarixində Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.
Qəbulda Qəbələ və Oğuz sakinləri iştirak edə bilərlər.
Adı çəkilən rayonların sakinləri 16 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Digər xəbərlər
-
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır
04.11.2026 - 15:48 -
“BilBacar” müsabiqəsi yenidən başlayır!
03.11.2026 - 16:58 -
Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib
02.11.2026 - 18:30 -
Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib
02.11.2026 - 12:50 -
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək
02.11.2026 - 12:20
