İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbul imtahanı keçirilib
Avqustun 12-də 2025/2026-cı tədris ili üçün peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.
Müsabiqə çərçivəsində ölkə üzrə 1561 vakant yer elan edilib. Peşə təhsili müəssisələri üzrə ümumilikdə 459 ixtisas fənn müəllimi, 987 istehsalat təlimi ustası və 115 yüksək texniki peşə təhsili səviyyəsi üzrə müəllim vakansiyası elan olunub.
portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçən 4751 namizəddən 2434 nəfəri imtahanda iştirak etmək hüququ qazanıb, 1922 nəfəri imtahan mərhələsində iştirak edib.
150 dəqiqə davam edən imtahanda iştirakçılar ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar.
Qeyd edək ki, imtahanda uğur qazanan müəllimlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibədən uğurla keçənlər sentyabrın birinci yarısında işə qəbul ediləcəklər.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52
