Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Maarifçi" tələbə-məzun təcrübə proqramının yeni iştirakçıları ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən III “Maarifçi” tələbə-məzun təcrübə proqramının müsahibə mərhələsindən uğurla keçən namizədlərlə görüş təşkil edilib.  
 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimlinin iştirakı ilə keçirilən görüşdə proqramın işçi qrupunun üzvləri, I və II “Maarifçi” proqramlarının nazirlikdə işə başlayan uğurlu təcrübəçiləri də iştirak ediblər. 
 

Proqram çərçivəsində regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təcrübə keçəcək tələbə və məzunlar görüşə onlayn qaydada qatılıblar.
 

Aparat rəhbəri Mətin Kərimli gəncləri salamlayaraq onlara proqramla bağlı məlumat verib və proqram çərçivəsində həyat üçün vacib təcrübə qazanacaqlarını vurğulayıb. Aparat rəhbəri gənclərin təcrübə dövründə verəcəkləri töhfə ilə bütövlükdə ölkə təhsil sistemində dəyər yaratmış olacaqlarını qeyd edib.  
 

Proqrama yeni qəbul olunan namizədləri təşəbbüskar və cəsarətli olmağa çağıran Mətin Kərimli hər birinə uğurlar arzulayıb. 
 

Çıxış edən işçi qrupunun üzvləri də öz növbələrində yeni iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıblar.
 

Daha sonra II "Maarifçi" tələbə-məzun təcrübə proqramının nazirlikdə çalışan iştirakçısı Səma Əliyeva öz təəssüratlarını bölüşüb.
 

Görüş sual-cavab hissəsi ilə davam edib və sonda xatirə fotosu çəkilib.
 

Qeyd edək ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramına III dalğasında 49 nəfər təcrübəçi seçilib.
 

4 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.
 

İştirakçılar onlar üçün təşkil olunan təlimlərdən yararlanacaq və sosial bacarıqlarını inkişaf etdirəcəklər.
 

Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.


23.06.2025 - 13:00