“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibləri olan QHT-lərlə görüş keçirilib
Dekabrın 26-da STEAM İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsində qalib gəlmiş qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri ilə görüş olub.
Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və nazirliyin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.
Görüş zamanı qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək layihələrdə şəffaflıq, hesabatlılıq və davamlılıq məsələlərinə toxunulub, qeyri-hökumət təşkilatları ilə qrant layihələri çərçivəsində əməkdaşlıq, onların təhsil islahatlarının həyata keçirilməsinə daha yaxından cəlbinin ictimai iştirakçılıq baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə eyni zamanda müsabiqənin nəticələri ilə bağlı təqdimat nümayiş olunub, layihələrin icrası, effektiv kommunikasiyası, inkişaf perspektivləri və əməkdaşlıq barədə müzakirələr aparılıb. Qeyd olunub ki, qrant qazanmış layihələr müxtəlif təhsil pillələri üzrə Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərinə xidmət edir.
Sonra görüş iştirakçıları STEAM İnnovasiya Mərkəzində yaradılan şəraitlə tanış olublar. Qonaqlar mərkəzdə astrofizika və robotların hazırlanması laboratoriyaları, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, “Heureka Classics” otaqları, “3D hologram”, VR zonalarını ziyarət ediblər.
Qeyd edək ki, “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə ümumilikdə 112 layihə təqdim olunub. Texniki ekspertizadan keçirilən layihələrdən 104-ü məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 17 layihə qrant əldə edib.
Qalib gəlmiş QHT-lərin 12-si (70 faiz) ilk dəfədir ki, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi qrant müsabiqələrində uğur qazanıb.
1 il əvvəl
Digər xəbərlər
-
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
14.06.2025 - 17:00 -
Elm və təhsil naziri Hacıqabulda “Son zəng” tədbirlərində iştirak edib
14.06.2025 - 14:27 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
14.06.2025 - 09:18 -
“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi başlayır
12.06.2025 - 19:30 -
İdris İsayev AzTU-da Kitabxana İnformasiya Mərkəzinin açılışında iştirak edib
12.06.2025 - 17:45