Elm və Təhsil Nazirliyi ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi arasında görüş keçirilib
Oktyabrın 9-da Elm və Təhsil Nazirliyində Qeyri-hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin heyəti ilə görüş keçirilib.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli iki qurum arasında olan səmərəli əməkdaşlığı xüsusilə qeyd edib və bu əməkdaşlığı genişləndirməyin vacibliyindən danışıb. O, həmçinin QHT-lərin nazirliyin ictimaiyyətlə əlaqələr fəaliyyətində mühüm rol oynadığını, bu sahədə müxtəlif tərəfdaşlıq mexanizmlərinin mövcud olduğunu bildirib. Mətin Kərimli eyni zamanda agentlik tərəfindən keçirilən qrant müsabiqələrində elm və təhsil sahəsində müəyyən edilmiş strateji hədəflərin və islahat istiqamətlərinin əsas götürülməsinin əhəmiyyətini vurğulayıb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva agentlik tərəfindən keçirilən qrant müsabiqələrinin elm və təhsil sahəsi üzrə layihə təkliflərinin dəyərləndirilməsi prosesində nazirliklə əməkdaşlıq, təhsil müəssisələrində tədbirlərin təşkilində ehtiyacların birgə müəyyən edilməsi, həmçinin layihələrin icrası zamanı keyfiyyət, davamlılıq və nəticəyönümlü fəaliyyət məsələlərinə toxunub.
Görüşdə çıxış edən Təhsilin İnkişafı Fondunun rəhbəri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova və digər iştirakçılar qurumlar arasında əməkdaşlığın yeni istiqamətlərindən danışıb, eyni zamanda QHT-lərin elm və təhsil sahəsində fəaliyyətinin Təhsil TV, “Azərbaycan müəllimi” qəzeti tərəfindən işıqlandırılması məsələlərinə toxunublar.
Sonda Qeyri-hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi tərəfindən Elm və Təhsil Nazirliyinə xatirə hədiyyəsi təqdim edilib.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
