Təhsil işçiləri üçün təlimlər keçirilir
Elm və Təhsil Nazirliyi ilə ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən vətəndaş məmnuniyyətinin artırılması məqsədilə təlimlər keçirilir.
Təlim proqramına məktəb direktorları, direktor müavinləri, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, regional təhsil idarələri və onların yerli sektorlarının əməkdaşları cəlb olunublar.
Təlimin əsas məqsədlərindən biri vətəndaşlarla çalışan təhsil işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bilavasitə vətəndaş məmnuniyyətinin artırılmasıdır.
Təlim proqramı vətəndaş məmnuniyyətində “ASAN xidmət” modeli, emosiyaların idarə edilməsi, effektiv ünsiyyət bacarıqları kimi 3 əsas mövzunu əhatə edir.
Təlimlərdə 700-dən çox təhsil işçisinin iştirakı nəzərdə tutulub.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
