• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakıda Tibb Təhsili üzrə VIII Beynəlxalq Konfransın açılış mərasimi keçirilib

Oktyabrın 9-da Bakıda Tibb Təhsili üzrə VIII Beynəlxalq Konfransın açılış mərasimi keçirilib.

 

Azərbaycanda ilk dəfə təşkil edilən konfrans Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Pakistan İslam Respublikasının Riphah Beynəlxalq Universitetinin təşkilatçılığı ilə keçirilir.  

 

Açılış mərasimində çıxış edən səhiyyə naziri Teymur Musayev ölkəmizdə tibb təhsilinin dünya standartlarına uyğunlaşdırılması, yüksəkixtisaslı həkim kadrlarının hazırlanması və dünyanın nüfuzlu ali tibb məktəbləri ilə əlaqələrin genişləndirilməsi məqsədilə görülən işlərdən danışıb. Tədbirdə tibb təhsilinin gələcək istiqamətləri ilə bağlı aktual müzakirələrin aparılacağını qeyd edən səhiyyə naziri həmçinin konfransın işinə uğurlar arzulayıb.

 

Konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev tibb təhsilinin ölkənin strateji məsələlərinin həlli və əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyətindən danışıb. Nazir bildirib ki, ölkədə bütün zamanlarda ən yaxşı nəticə göstərən şəxslər gələcəkdə ali təhsil almaq üçün məhz tibb sahəsini seçirlər ki, bu da yüksəkixtisaslı həkimlərin formalaşması ilə nəticələnir.

 

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də öz növbəsində tədbirin innovativ ideyalar, qabaqcıl təcrübələr və tibb təhsili sahəsində ən son yeniliklərin mübadiləsi üçün platforma rolunu oynayacağına əminliyini ifadə edib.  

 

Dünya Tibb Təhsili Federasiyasının prezidenti Rikardo Leon-Borkes konfransın tibb təhsili sahəsində dünyaşöhrətli mütəxəssislər arasında qarşılıqlı əməkdaşlıq üçün dayanıqlı platforma təmin etmək məqsədilə təşkilindən danışıb.

 

Daha sonra çıxış edən digər qonaqlar konfransın əhəmiyyətindən danışıb, təcrübə mübadiləsinin aparılması baxımından önəmli olduğunu bildiriblər. 

 

Açılış mərasimindən sonra konfrans işini müxtəlif mövzular üzrə simpoziumlarla davam etdirib.

 

Qeyd edək ki, konfrans oktyabrın 10-dək davam edəcək.


1 il əvvəl