• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində ilk görüş

Lənkəran Dövlət Universitetində “Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində tələbə və müəllim heyəti ilə görüş keçirilib.

 

Görüşdə Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət üzrə nümayəndəsi Monika Felföldi açılış nitqi ilə çıxış edərək “Stipendium Hungaricum” təqaüd proqramı barədə ümumi məlumat verib. 

 

Daha sonra Elm və Təhsil Nazirliyinin əməkdaşı Niftalı Qasımlı Macarıstanda Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində təhsillə bağlı təqdimat edib. 

 

Görüşdə həmçinin “Stipendium Hungaricum” təqaüd proqramı məzunları, “Azərbaycan–Macarıstan Məzunları” İctimai Birliyinin üzvləri də çıxış ediblər.

 

Oktyabrın 4-dən başlayaraq 20-dək davam edəcək layihə Macarıstanın “Stipendium Hungaricum” təqaüd proqramının 10-cu ildönümünə həsr olunub. Layihə Macarıstanda təhsil almış uğurlu məzunların ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən universitetlərin tələbələri ilə görüşünü təşkil etmək, təcrübə və karyera imkanlarını regionlardakı universitetlərdən olan tələbələrlə bölüşmək və HTP çərçivəsində Macarıstanda təhsil barədə məlumatlandırma işini aparmaq məqsədi daşıyır.

 

Qeyd edək ki, layihənin təşkilatçıları Elm və Təhsil Nazirliyi, Macarıstanın Azərbaycandakı səfirliyi, “Azərbaycan–Macarıstan Məzunları” İctimai Birliyidir. Layihə çərçivəsində növbəti görüşlərin Quba, Naxçıvan, Qazax, Gəncə və Mingəçevirdə keçirilməsi planlaşdırılıb.

 

HTP çərçivəsində Macarıstanda təhsil barədə daha ətraflı məlumatı htp.edu.az səhifəsindən əldə etmək mümkündür.
 


06.10.2023 - 11:42