• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Zəfər dastanı” onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir

Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Zəfər dastanı” onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir.

 

28 sentyabr – 23 oktyabr tarixlərini əhatə edən müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, nitq mədəniyyəti, bədii ifaçılıq, şeir, həmçinin incəsənətə olan marağı daha da artırmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaqdır. 

 

Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin üzvləri arasında 2 nominasiya (şeir, mahnı) üzrə 2 yaş qrupu (10-14, 15-18) və 2 mərhələdə keçirilir.

 

I mərhələ 28 sentyabr 23 oktyabr tarixlərində keçirilir. İlkin mərhələdə şeir və mahnıların qəbulu aparılır. Hər iki yaş qrupu üzrə seçilmiş bir şeir və bir musiqi nömrəsi, eləcə də ifaçı barədə məlumat (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı müəssisə, şəhər, ifa etdiyi mahnı və şeirin adı, şəxsiyyət vəsiqəsinin surəti) videogörüntü ilə birgə Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin elektron poçt ünvanına (grbye@mk.edu.az) göndərilməlidir.

 

II mərhələ 24 28 oktyabr tarixlərini əhatə edir. Bu mərhələdə münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir.

 

Müsabiqədə I, II və III yerlərin qalibləri diplomla təltif olunacaqlar.

 

Yekun konsert cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcək.

 

Müsabiqə ilə bağlı sual yarandığı təqdirdə qeyd olunan telefon nömrələri ilə əlaqə saxlanıla bilər: (+994) 12 370 86 22; (+994) 55 701 46 16.


28.09.2023 - 15:54