Apellyasiya Şurasının növbəti iclası keçirilib
Sentyabrın 22-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.
İclasda Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Aynur Paşayeva və Gülər Vəlmuradovanın, Qarabağ Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Aysel Ağayevanın, Mərkəzi Aran Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə namizəd Murad Əhədovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
Müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb və təmin edilməməsi barədə şura tərəfindən qərarlar qəbul olunub.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
