• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dilarə Seyidzadə ilə “Heydər Əliyev – 100 il” adlı görüş keçirilib

Sentyabrın 20-də “Heydər Əliyev İli” çərçivəsində Elm və Təhsil Nazirliyində tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə "Heydər Əliyev – 100 il" adlı görüş keçirilib.

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən görüşün mahiyyətindən danışıb. 

 

Nazir müavini Elm və Təhsil Nazirliyinin “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı barədə məlumat verib və ümummilli liderin Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini vurğulayıb. 

 

Daha sonra çıxış edən Dilarə Seyidzadə nazirlik əməkdaşları ilə belə görüşün təşkilinə görə təşəkkürünü bildirib. Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Dilarə Seyidzadə ümummilli liderlə birgə fəaliyyətindən danışıb. 

 

Dilarə Seyidzadə ümummilli liderin həyatının bu gün hər kəs üçün örnək olduğunu vurğulayıb. Ulu öndərin Azərbaycanın müstəqilliyinin qorunması və hərtərəfli inkişafı naminə əvəzolunmaz xidmətlərini diqqətə çatdıran qonaq Heydər Əliyevin uğurlu siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. 

 

Tədbirdə nazirlik əməkdaşlarının Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli irsi və dövlətçilik fəaliyyəti ilə bağlı sualları cavablandırılıb.

 

Sonda Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının Elm və Təhsil Nazirliyi Ərazi Partiya Təşkilatının yeni üzvlərinə biletlər təqdim edilib.


20.09.2023 - 18:00