• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gürcüstana 21 402 ədəd dərslik göndərilib

Sentyabrın 13-də Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 18 adda 21 402 ədəd dərslik göndərilib.

 

Sözügedən dərs vəsaitləri Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil və Elm Nazirliyinə təhvil verilib.

 

Qeyd edək ki, “Ana dili” və “Ədəbiyyat” dərsliklərinin mübadiləsi 15 dekabr 2022-ci il tarixində Tbilisi şəhərində keçirilmiş Azərbaycan – Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın IX iclasında qəbul olunmuş protokola və 21 fevral 2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.


14.09.2023 - 15:37