Şəki – Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 13-də Şəki – Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda elm və təhsil nazirinin müavini İdris İsayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev, Şəki – Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları və Şəki şəhəri üzrə təhsil sektorlarının əməkdaşları, həmin ərazilərdə çalışan məktəb direktorları, müəllimlər iştirak ediblər.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Konfransda çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev ötən tədris ilində təhsil sahəsində əldə olunan nailiyyətlər, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq istiqamətlər üzrə uğurla icrası, eyni zamanda, təhsildə innovativ layihələrin tətbiq dairəsinin genişləndirilməsi barədə məlumat verib. İdris İsayev növbəti tədris ili üçün prioritet istiqamətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov təhsil sahəsindəki uğurların daha da artacağına əminliyini ifadə edib və yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Şəki – Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev hesabatla çıxış edib.
Konfrans şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
