“StudentFest 2023” silsilə tələbə düşərgələrinin ikinci mərhələsi yekunlaşıb
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən dövlət və ictimai münasibətlər, jurnalistika, media və kommunikasiya, incəsənət ixtisaslarında təhsil alan tələbələr üçün təşkil olunan “StudentFest 2023” adlı düşərgənin ikinci mərhələsi başa çatıb.
Düşərgənin yekunu ilə əlaqədar keçirilən tədbirdə tələbələrdə yeniliklərə qarşı yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, yeni dostluqlar qazanmaq, eyni zamanda, asudə vaxtı daha səmərəli keçirmək baxımından belə düşərgələrin davamlılığının zəruriliyi vurğulanıb.
Düşərgədə 4 gün ərzində müxtəlif mövzularda informativ sessiyalar təşkil olunub.
Düşərgə ərzində tələbələr həm də rəssam Səadət Abdullayeva, Əli Qiyazov, Lalə Ziyadovanın təqdimatında qara qələm realizmi, rəqəmsal incəsənət, moda, dizayn və digər istiqamətlərdə maraqlı təlim, həmçinin ustad dərslərində iştirak ediblər.
Düşərgə çərçivəsində intellektual oyun və musiqili proqramlar da təşkil olunub.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
