• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 8-də Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

 

Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə şəhəri, Goranboy, Naftalan, Göygöl, Samux, Daşkəsən rayonları üzrə təhsil sektorlarının əməkdaşları, eləcə də həmin rayonlarda çalışan pedaqoji heyət və digər qonaqlar iştirak ediblər. 

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Konfransda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Nazir müavini "Heydər Əliyev İli" çərçivəsində icra olunan tədbirlər, təmir edilən məktəblər, dərslik təminatı, təhsilverənlərin müasir tələblərə cavab verməsinin vacibliyi, sertifikatlaşdırma prosesi, innovativ təcrübənin yayılması, icbari təhsilin təmin olunması, əməkhaqqının stimullaşdırılması, innovativ layihələr barədə məlumat verib.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov öz növbəsində konfrans iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev hesabatla çıxış edib.


Konfrans müddətində Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin təhsilverən və təhsilalanlarından ibarət "Birlik" xor kollektivi müxtəlif musiqi nömrələri səsləndirib.


Konfransda 2022–2023-cü tədris ilində səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisi təltif olunub.


Tədbirin sonunda xatirə şəkli çəkdirilib.


1 il əvvəl