Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 7-də Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Tərtər, Şuşa rayonları üzrə təhsil sektorlarının əməkdaşları, eləcə də həmin rayonlar üzrə ümumi təhsil müəssisələrinin direktor və pedaqoji heyəti iştirak edib.
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev 2023–2024-cü tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər barədə məlumat verib, regionda təhsilverənlərin sertifikatlaşdırılması, peşə təmayüllü siniflər, həmçinin icmaəsaslı qrupların təşkili, şagird davamiyyətinin təmin olunmasında mühüm işlərin görülməsi, təhsilin idarəolunmasında əlçatanlıq, şəffaflığın təmin edilməsi üçün qarşıda duran vəzifələr barədə qeydlərini iştirakçıların diqqətinə çatdırıb.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov da öz növbəsində təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
Daha sonra hesabatla çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov region üzrə təhsilin təşkili, idarəolunması üzrə statistik məlumatları, əmək intizamına nəzarət, bu istiqamətdə tətbiq edilmiş intizam tənbehi tədbirləri, şagird və müəllim nailiyyətləri, eləcə də digər məsələlər barədə danışıb.
Tədbirdə təhsil müəssisələri, təhsilverənlər və təhsilalanlarla bağlı 2023–2024-cü tədris ili üzrə əsas mesajlar iştirakçıların diqqətinə çatdırılıb.
Konfrans bədii hissə ilə başa çatıb.
Tədbrin sonunda xatirə şəkli çəkdirilib.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
