• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qazax – Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 7-də Qazax – Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

 

Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonları üzrə təhsil sektorlarının əməkdaşları, eləcə də həmin rayonlarda çalışan ümumi təhsil müəssisələrinin direktor və pedaqoji heyəti iştirak ediblər. 

 

Konfransda “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlər, ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması, respublika fənn olimpiadaları, təhsil müəssisələrində aparılan təmir-tikinti məsələləri, işə qəbul, direktor təyinatı, təhsil işçilərinin peşəkar inkişafı, nəzarət tədbirləri, eləcə də digər qurumlar, qeyri-hökumət təşkilatları, icra hakimiyyəti orqanları ilə əməkdaşlıq sayəsində görülən işlərlə bağlı iştirakçılara məlumat verilib. 

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı 2023–2024-cü tədris ilində ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb, təhsil işçilərini qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edib.

Daha sonra Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev  hesabatla çıxış edib. 

 

Sentyabr konfransında pedaqoji sahədə səmərəli fəaliyyətlərinə görə 8 təhsil işçisinə fəxri fərman verilib, 2 məktəb isə təşəkkürnamə ilə təltif olunub. 

 

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.


1 il əvvəl