Elm və təhsil naziri media üçün brifinq keçirib
Sentyabrın 6-da elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib.
Brifinqdə Emin Əmrullayev yeni tədris ili ilə bağlı aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib:
- 2023–2024-cü tədris ilində I sinifdə 135 min şagird olmaqla ümumilikdə 1,6 milyon nəfərin təhsil alacağı gözlənilir;
- “Peşə təmayüllü siniflərin təşkili” layihəsi 196 məktəb, 232 sinif, 3 500-dən çox şagirdi əhatə edəcək;
- STEAM layihəsi 400-dək məktəb, 25 mərkəz və 180 mindən çox şagirdi əhatə edəcək;
- “Rəqəmsal bacarıqlar” layihəsi 53 region üzrə 532 məktəbdə təhsil alan 410 min şagirdi əhatə edəcək;
- Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40 faizdən çox, dövlət sifarişli əsaslarla qəbul olunanların sayı isə 2 dəfədən çox artıb;
- Artıq ali təhsilə keçid imkanı verəcək (subbakalavr) yüksək texniki peşə təhsili üzrə 1 460 nəfər təhsil alır. 2026-cı ildə bu rəqəmin 9 mindən çox olması planlaşdırılır;
- Cari tarixədək Təhsil Tələbə Krediti Fondu tərəfindən 19,5 milyon manat vəsait kredit olaraq rəsmiləşdirilib;
- 2026-cı ilə qədər 135 min təhsilverən sertifikatlaşdırmaya cəlb olunacaq;
- Tədris digər dillərdə aparılan bölmələrdə Azərbaycan dilinin tədrisinin keyfiyyətinə diqqət artırılacaq;
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
