Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 5-də Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Neftçala, Hacıqabul, Salyan, Biləsuvar rayonları və Şirvan şəhəri üzrə təhsil sektorlarının əməkdaşları, həmin rayonlarda çalışan məktəb direktorları, müəllimlər iştirak ediblər.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək ötən tədris ilində təhsildə əldə olunan nailiyyətlər, sertifikatlaşdırma imtahanlarının əhəmiyyəti, yeni tikilən məktəblər, dərslik təminatı, şagird davranış qaydaları və digər layihələr barədə məlumat verib. Fərzəli Qədirov növbəti tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında rayon üzrə təhsildə əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə edib.
Daha sonra Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ötən tədris ilinin nəticələrinə dair hesabatla çıxış edib.
Tədbirdə təhsil müəssisələri, təhsilverənlər və təhsilalanlarla bağlı 2023–2024-cü tədris ili üzrə əsas mesajlar müzakirə edilib.
Konfrans çıxışlarla davam etdirilib.
05.09.2023 - 17:40
Digər xəbərlər
-
Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub
05.07.2024 - 19:00 -
Beynəlxalq Məktəb İdmanı Federasiyasının nümayəndələri ilə görüş keçirilib
05.07.2024 - 14:25 -
Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub
05.07.2024 - 13:24 -
Firudin Qurbanov "İTi zəka – 2" hakatonunun mükafatlandırma mərasimində iştirak edib
04.07.2024 - 17:10 -
"SABAH-ın məzunu – 2024" tədbiri keçirilib
04.07.2024 - 15:32