Lənkəran – Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 4-də Masallı şəhəri Heydər Əliyev Mərkəzində Lənkəran – Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda elm və təhsil nazirinin müavini Həsən Həsənli, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, nazirliyin, eləcə də Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları üzrə təhsil sektorlarının əməkdaşları, həmin rayonlarda çalışan məktəb direktorları, müəllimlər iştirak ediblər.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxış edərək 2023–2024-cü tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlığın və şəffaflığın təmin edilməsi üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında rayon üzrə ümumi və məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb.
Daha sonra Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov hesabatla çıxış edib. Hesabatda region üzrə şagird və müəllim nailiyyətləri, milli qiymətləndirmə və buraxılış imtahanının nəticələri, respublika fənn olimpiadaları, fənn müsabiqələrinə dair reytinq sıralaması, təhsilin təşkili və idarəolunması üzrə statistik məlumatlar, əmək intizamına nəzarət və bu istiqamətdə tətbiq edilmiş intizam tənbehi tədbirləri, təhsil müəssisələrinin istilik təminatı və təmir-tikinti ehtiyacları kimi məsələlər yer alıb.
Tədbirdə təhsil müəssisələri, təhsilverənlər və təhsilalanlarla bağlı 2023–2024-cü tədris ili üzrə əsas mesajlar konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Konfrans çıxışlarla davam etdirilib.
04.09.2023 - 18:00
Digər xəbərlər
-
Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub
05.07.2024 - 19:00 -
Beynəlxalq Məktəb İdmanı Federasiyasının nümayəndələri ilə görüş keçirilib
05.07.2024 - 14:25 -
Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub
05.07.2024 - 13:24 -
Firudin Qurbanov "İTi zəka – 2" hakatonunun mükafatlandırma mərasimində iştirak edib
04.07.2024 - 17:10 -
"SABAH-ın məzunu – 2024" tədbiri keçirilib
04.07.2024 - 15:32