• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sertifikatlaşdırmanın test imtahanının nəticələri elan edilib

Avqustun 31-də ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 3 il pedaqoji staja malik şəxslər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və yuxarı yaşda olan təhsilverənlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 13 şəhər olmaqla 22 mərkəzdə təşkil olunan imtahanlarda 2 154 müəllim iştirak edib.

Qeyd edək ki, 31 avqust tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla imtahan nəticələri ilə tanış ola bilərlər.

 

Müəllimlər həmçinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlərini 4 sentyabr saat 11:00-a qədər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi üzərindən ünvanlaya bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan olunacaq.


02.09.2023 - 11:35