Tacikistan Təhsil Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdədir
Tacikistan Respublikası Təhsil İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Təhsil Akademiyasının A.Cami adına Təhsilin İnkişafı İnstitutu, Respublika Tədris-Metodiki Mərkəzi, Tacikistan Təhsil Akademiyasının Təhsilin İnkişafı İnstitutu və PISA layihə menecerlərindən ibarət 11 nəfərlik nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Təlim səfərinin məqsədi PISA və digər beynəlxalq qiymətləndirmə tədqiqatları ilə bağlı Azərbaycanın bu sahədəki təcrübəsini öyrənməkdir.
Təlim səfəri 28-31 avqust tarixlərini əhatə edəcək.
Nümayəndə heyəti əvvəlcə elm və təhsil nazirinin müavini Həsən Həsənli tərəfindən qəbul edilib. Görüşdə ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi müzakirə olunub.
Səfərin 1-ci günündə Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov beynəlxalq qiymətləndirmələrlə bağlı Azərbaycanın təcrübəsi haqqında məlumat verərək onların milli təhsil islahatlarının formalaşdırılmasındakı rolundan bəhs edib. Görüşdə həmçinin ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva Azərbaycanın Milli Kvalifikasiyalar Çərçivəsi ilə bağlı qonaqlara təqdimat edib.
Daha sonra ARTİ-də davam edən görüşün ikinci hissəsində institutun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov “Kurikulum təkmilləşdirilmələrində TIMSS və PISA çərçivə sənədlərinin diqqətə alınması” mövzusunda təqdimat edib. Şöbə müdiri riyaziyyat, kimya, biologiya və coğrafiya fənn kurikulumları ilə bağlı həyata keçirilən dəyişikliklərdən danışıb.
ARTİ-nin Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov isə “Dərslik siyasəti və yeni nəsil dərsliklərin hazırlanması qaydaları” mövzusunda təqdimat edib.
Sonda Tacikistan nümayəndələri ilə təlim mövzuları barədə müzakirələr aparılıb.
Qeyd edək ki, 5 günlük təlim proqramı çərçivəsində müxtəlif qurumlara səfərlər planlaşdırılır.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
